Hakimlər üçün təlim keçirilib- ÖZƏL

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında hakimlər üçün "Fərdi əmək mübahisələrinin həlli; işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları" mövzusunda təlim keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlim çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Elşad Şamayevin mövzu ilə bağlı təqdimatı dinlənilib. Təqdimat zamanı fərdi əmək mübahisələrinin həlli, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları və bu sahədə məhkəmə təcrübəsinə dair aktual məsələlər diqqətə çatdırılıb.
40 nəfər hakimin iştirak etdiyi təlimdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, əmək qanunvericiliyinin tətbiqi və məhkəmə təcrübəsində qarşıya çıxan məsələlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31