Deputatdan təklif: “Rusiya və ABŞ gəlib Bakıda barışsınlar”
"Azərbaycan ABŞ və Rusiya arasındakı münasibətlərin kəskinləşməsinin tərəfdarı deyil və bu iki ölkə arsındakı münasibətlərin kəskinləşməsini maraqlarımıza zərbə hesab edirik”. Bunu deputat Zahid Oruc ABŞ-Rusiya arasındakı münasibətlərin kəskinləşməsi və Ağ Evin Rusiya rəsmiləri, iş adamlarına qarşı sanksiyalarını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti Davos forumunda çıxışı zamanı bəyan edib ki, Azərbaycandan müxtəlif ölkələr əleyhinə forpost fəaliyyətinə cəlb etmək istəyirlər və bizdən bunu umurlar: “Şükürlər olsun ki, ötən dövr ərzində prezident İlham Əliyevin liderlik gücü Azərbaycanın belə oyunlarda iştirakına imkan verməyib.
2 Fevral 2018 12:48 Siyasət"Azərbaycan ABŞ və Rusiya arasındakı münasibətlərin kəskinləşməsinin tərəfdarı deyil və bu iki ölkə arsındakı münasibətlərin kəskinləşməsini maraqlarımıza zərbə hesab edirik". Bunu deputat Zahid Oruc ABŞ-Rusiya arasındakı münasibətlərin kəskinləşməsi və Ağ Evin Rusiya rəsmiləri, iş adamlarına qarşı sanksiyalarını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti Davos forumunda çıxışı zamanı bəyan edib ki, Azərbaycandan müxtəlif ölkələr əleyhinə forpost fəaliyyətinə cəlb etmək istəyirlər və bizdən bunu umurlar: "Şükürlər olsun ki, ötən dövr ərzində prezident İlham Əliyevin liderlik gücü Azərbaycanın belə oyunlarda iştirakına imkan verməyib. Buna baxmayaraq, bu gün dünyada çox ciddi proseslər gedir və bizlər də bunun şahidi oluruq. Bu gün ABŞ-Rusiya münasibətləri SSRİ-nin dağılmasından sonra ən aşağı həddə gəlib çatıb. ABŞ Rusiyanın əksər rəsmilərinə və iş adamlarına tətbiq edir". O əlavə edib ki, ABŞ-la Rusiya arasındakı münasibətlərin kəskinləşməsi istər-istəməz beynəlxalq münasibətlərə öz mənfi təsirini göstərir: "Ayrı-ayrı məkanlarda müharibə, münaqişə ocaqları yaranmaqdadır". Z.Oruc bildirib ki, Bakı bir müddət öncə ABŞ və Rusiya arasında münasibətlərin normallaşması üçün görüş və dialoq məkanı olub: "Bakıda NATO-Rusiya, ABŞ-Rusiya ərbi elitasının görüşləri keçirilib və yaranmış durumdan çıxış yolları müzakirə olunub. Kimin necə yanaşmasından asılı olmayaraq deyə bilərəm ki, biz bu iki ölkə arsındakı münasibətlərin kəskinləşməsinin bu şəkildə davam etməsini istəmirik və bunu Azərbaycanın maraqlarına zərbə hesab edirik". Odur ki, deputat yaranmış durumda ABŞ-Rusiya münasibətlərinin yenidən normallaşması üçün məsələlərin danışıqlar yolu ilə həlli istiqamətində Bakını yenidən bir görüş məkanı kimi təklif edib: "Bildiyiniz kimi, Azərbaycan nə Rusiyanın əlində Avropaya qarşı istifadə edilən deyil, nə də Qərb dairələrinin əlində Rusiyaya qarşı aparılan savaşın hədəfi deyil. Biz bu iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün bir daha Azərbaycan prezidentinin siyasi kursunun xarakterinə uyğun olaraq Bakını problemlərin danışıqlar yolu ilə həlli istiqamətində bir meydan və görüş məkanı kimi təklif edirik. Təki Rusiya və ABŞ gəlib Bakıda barışsınlar".