"Türkiyədən Kiprə qeyri-qanuni yolla gedəcəkdik"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda zərərçəkən Elnur Məmmədov hakimin sualına cavab olaraq ona məxsus 144 min dolların qaytarıldığını deyib. O, qalan pulun da qaytarılmasını istəyib və mülki iddianı müdafiə edib.

İclasda R. Heybətov ifadə verərək bildirib ki, E. Məmmədovun dediklərini təsdiq edir: "Biz biznes barəsində danışdıq. Türkiyədən Kiprə qeyri-qanun yolla gedəcək. Getdim Türkiyəyə və orada 200 mini götürdüm. Elton müəllim də bizə xeyir-dua verdi və məndən söz aldı ki, pula mən cavabdeh olum. Mən də ölsəm də, o pulu qaytaracağam. Mən dələduzluq etməmişəm. O qədər pulum olsaydı heç Azərbaycana gəlməzdim. Bu hadisə Türkiyədə olub, lakin Azərbaycanda cinayət işi başlanılıb. Mən onun pul verməsini heç vaxt danmamışam".

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib. Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək ona qarşı 200 min manat miqdarında dələduzluq əməli törətdiyini bildirib. Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində ötən il noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan onun barəsində ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31