ABŞ-lı admiral rüşvət aldığını etiraf edib
ABŞ Sakit Okean Hərbi Donanmasının hazırda həbsdə olan sabiq admiralı Troy Amundson rüşvət və əxlaqsız xidmətlər qarşılığında bəzi şəxslərə məxfi məlumat ötürdüyünü etiraf edib. O məxfi məlumatları əsasında ona rüşvət verən və əxlaqsızlıq yuvalarında ona əyləncə təşkil edən malayziyalı jurnalist Glenn Frensisə ötürdüyünü ifadə edib.
2 Fevral 2018 12:29 DünyaABŞ Sakit Okean Hərbi Donanmasının hazırda həbsdə olan sabiq admiralı Troy Amundson rüşvət və əxlaqsız xidmətlər qarşılığında bəzi şəxslərə məxfi məlumat ötürdüyünü etiraf edib. O məxfi məlumatları əsasında ona rüşvət verən və əxlaqsızlıq yuvalarında ona əyləncə təşkil edən malayziyalı jurnalist Glenn Frensisə ötürdüyünü ifadə edib. Sabiq admiral ABŞ donanmasına təminat xidmətləri ilə məşğul olan Sinqapur
Glenn Defense Marine Asia şirkətinə də bəzi köməkliklər etdiyini etiraf
edib. Amerikan məhkəməsi Troy Amundson haqqında 27 aprel tarixində baş
verəcək məhkəmə iclasında qərar verəcək. San-Dieqo Prokurorluğu sabiq
admiral üçün 5 il müddətində azadlıqdan məhrum edilmə və 250 min ABŞ
dolları cərimə cəzası tələb edir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.