Səhiyyə Nazirliyi: Azərbaycanda istehsal ediləcək dərmanlar müxtəlif qruplara aid olacaq

“Bir neçə ölkənin dərman istehsalçıları ilə birgə Azərbaycanda müəssisələr yaradılıb. Azərbaycanda artıq yerli dərman istehsalına başlanılıb”. Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib. P. Əzizbəyov bildirib ki, Azərbaycanda istehsal olunacaq dərmanlar müxtəlif qruplara aid olacaq. 

"Bir neçə ölkənin dərman istehsalçıları ilə birgə Azərbaycanda müəssisələr yaradılıb. Azərbaycanda artıq yerli dərman istehsalına başlanılıb". Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib. P. Əzizbəyov bildirib ki, Azərbaycanda istehsal olunacaq dərmanlar müxtəlif qruplara aid olacaq. 
 
Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları" barədə də danışan P. Əzizbəyov qeyd edib ki, apteklərdə çalışan əczaçılar mütləq ağ xalat geyinməlidirlər.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31