Gündəm

Rəqabətə davamlı kadrların formalaşdırılması qarşıda duran prioritet istiqamətlərdəndir

2 Fevral 2018 13:53

Artıq uzun illərdir ki, Azərbaycan gəncləri də öz əlamətdar günlərini qeyd edirlər. Hər il fevralın 2-də qeyd edilən Gənclər Günü gənc nəslə ümummilli lider Heydər Əliyev tərəfindən bəxş edilən tarixi bir gündür. Bir qayda olaraq bu gündə gənclərlə əılaqədar müxtəlif tədbirlər keçirilir, toplantılar, konfranslar təşkil olunur.

Mühacirət edən Cümhuriyyət qurucularının da xatirəsi əbədiləşdirilməlidir

2 Fevral 2018 13:51

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi hər bir vətəndaşın ürəyincə olub. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri dövlət başçısının bu qərarını müsbət dəyərləndirməklə yanaşı, onun böyük əhəmiyyətinin də olduğu qənaətindədirlər. Belə ki, dövlətçiliyin və dövlətçilik tarixinin təbliği, cumhuriyyət qurucularının yaxından tanıdılması sözün həqiqi mənasında müsbət dəyərləndirilən amillərdəndir.

Bəzi restoran və kafelər vərəm xəstəliyi yayırlar

2 Fevral 2018 13:47

Hazırda dünyada ən geniş yayılmış xəstəliklərdən biri vərəmdir ki, dünya ölkələri buna qarşı mübarizədə biganəlik nümayiş etdirilər. “Kasıblar xəstəliyi” adlandırılan bu xəstəlik daha çox iqtisadi baxımdan geri qalmış ölkələrdə müşahidə olunur.

Plastik torbalardan istifadənin insan orqanizminə vurduğu fəsadlar

2 Fevral 2018 13:40

Artıq uzun illərdir ki, məişətdə, alış-veriş mərkəzlərində istifadə edilən plastik torbaların insan orqanizminə zərərindən danışılır, bu kimi vasitələrdən istifadə etməmək barədə təşəbbüslər, təkliflər səsləndirılir. Ancaq etiraf etmək lazımdır ki, hələlik nə rəsmi, nə də qeyri-rəsmi qurumlar, hətta sadə vətəndaşlar belə plastik torbalardan istifadə etməmək üçün ciddi addımlar atmırlar.

Sənaye müəssisələri daha çox kiberhücumlara məruz qalır

2 Fevral 2018 13:37

Günümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı bəşəriyyəti internet əsirinə çevirib. Açıq şəkildə etiraf etmək lazımdır ki, bu gün hər bir fərd özünü internet, İKT resurslarından kənarda hiss edə bilmir. Hətta internetdə xırda problemlər yaranıb ondan istifadəmiz mümkünsüz olduğu qısa zaman ərzində belə özümüzü sudan çıxarılmış balıq kimi hiss edirik.

2 nəfər tüstüdən zəhərlənib

2 Fevral 2018 13:34

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib. Çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

Tələbə könüllülərə təqaüd veriləcək

2 Fevral 2018 13:33

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək verilməsi məqsədi ilə  keçirilən “Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatıb. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin oktyabr ayından start verilən müsabiqəyə 58 müraciət daxil olub. “Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi, dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan UniversitetiElmi Şurasının rəyi ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına və  müəllifin şəxsi təşəbbüsü ilə formalaşıb.

Deputat: “Problemli kreditlərin həddi 2 milyardı keçib”

2 Fevral 2018 13:32

Azərbaycanda problemli kreditlər artıq təhlükəli həddə çatıb.Bunu deyən deputat Əli Məsimlinin sözlərinə görə, artıq problemli kreditlərin həddi 2 milyardı keçib: “Problemli kreditlərin həcmi 2 miyard manata, ümumi kredit portfelinin 15 faizinə çatır. Əslində vəziyyət bundan da ağırdı.

Hərbi hissələrdə Gənclər Günü qeyd edilib

2 Fevral 2018 13:29

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 fevral – Gənclər Günü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində silsilə bayram tədbirləri keçirilib.

İrəvandan Türkiyə və Azərbaycana qarşı ŞOK ADDIM: terrorçulara Qarabağda təlim keçir və...

2 Fevral 2018 13:15

“Ermənistan PKK terrorçularına işğal etdiyi Dağlıq Qarabağda təlim keçir”. Bu barədə Yaxın Şərq üzrə ekspert Əli Hacızadə deyib. Ekspert qeyd edib ki, Ermənistan işğal etdiyi Qarabağı PKK ilə birgə istifadə edir. “Suriya və İraqdan gətirilən PKK terrorçuları bu bölgələrə yerləşdirilir.

ABŞ Rusiyanın kəşfiyyat şeflərini bağışladı - SƏBƏB

2 Fevral 2018 13:14

ABŞ Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobova qarşı sanksiyaları qismən ləğv edib.

Mənzildə 88 yaşlı qadının meyiti tapılıb

2 Fevral 2018 13:12

Bakıda mənzildə 88 yaşlı qadının meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1930-cu il təvəllüdlü Salamaşvili Lila Xalimovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb

2 Fevral 2018 13:11

Fevralın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Ana şəhid olan oğluna görə erməninin ürəyini çıxardıb Bakıya qəbrinin üstünə gətirdi – FOTO

2 Fevral 2018 13:07

Nurcahan Hüseynova Daşaltı əməliyyatında şəhid olan oğlunun qisasını aldı.  1992-ci ildə Qarabağ savaşı üçün televiziyadan cəbhəyə çağırışı eşidən Nurcahan Hüseynova səhəri gün hərbi komissarlığa yollanır. Müharibənin qızğın vaxtı Bakıda təhsil alan oğlunu da cəbhəyə çağırır.