Sənaye müəssisələri daha çox kiberhücumlara məruz qalır
Günümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı bəşəriyyəti internet əsirinə çevirib. Açıq şəkildə etiraf etmək lazımdır ki, bu gün hər bir fərd özünü internet, İKT resurslarından kənarda hiss edə bilmir. Hətta internetdə xırda problemlər yaranıb ondan istifadəmiz mümkünsüz olduğu qısa zaman ərzində belə özümüzü sudan çıxarılmış balıq kimi hiss edirik.
2 Fevral 2018 13:37 SosialGünümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı bəşəriyyəti internet əsirinə çevirib. Açıq şəkildə etiraf etmək lazımdır ki, bu gün hər bir fərd özünü internet, İKT resurslarından kənarda hiss edə bilmir. Hətta internetdə xırda problemlər yaranıb ondan istifadəmiz mümkünsüz olduğu qısa zaman ərzində belə özümüzü sudan çıxarılmış balıq kimi hiss edirik.
İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı bir tərəfdən bizlərin zamanla ayaqlaşması, yeni texnologiyalardan istifadə etməyimizi, bir çox yeniliklərlə məlumatlı olmağımıza müsbət təsir göstərirsə, digər tərəfdən İKT-nin inkişafından ciddi zərər də çəkirik. Bu da kibercinayətlrəin artması ilə əlaqədardır. Hər nə qədər kibercinayətkarlığa qarşı mübarizə aparılsa da, ancaq onlar da öz növbəsində yeni texnologiyalardan istifadə edərək öz fəaliyyətlərini daha mütəşəkkil şəkildə qura bilirlər. Maraqlı məqam ondan ibarətdir ki, kibercinayətkarların ildən-ilə hücum etdikləri, sıradan çıxardığı obyektlər də dəyişir. Bir növ onlar hər il bir sahəyə "töhfələrini" verməyi özlərinə borc bilirlər. Aparılan araşdırmalardan məlum olub ki, keçən il kibercinayətkarların əsas hədəfində sənaye müəssisələri olub. Belə ki, "Kaspersky Lab" şirkətinin araşdırmasına əsasən, 2017-ci ildə sənayə sahəsində sürətlə inkişaf edən təhdidlərdən biri də məqsədli hücumlar olub. Hesabat ilində dünyada sənaye müəssisələrinin 28 faizi bunula rastlaşıb. 2016-cı ildə isə bu göstərici cəmi 20 faiz təşkil edib. Bu rəqəmlər "Kaspersky Lab"ın ekspertlərinin 2018-ci ildə avtomatlaşdırma sistemlərinin komponentlərində boşluqlardan yararlanan zərərli proqram təminatının peyda olub, intişar etməsi ilə bağlı proqnozlarınıbir daha təsdiqləyir.
Araşdırmada açıq şəkildə qeyd edilir ki, kibercinayət qruplaşmaları sənaye sektoruna daha çox diqqət ayırmağa başlayıblar, lakin şirkətlər bütün bunlara necə müqavimət göstərməklərini heç də həmişə dərk etmir. Belə ki, hər ikinci sənaye müəssisəsi biznesin qarşılaşdığı təhdidlər barədə biliklərinin lazımi səviyyədə olmadığını bildirib. Bununla belə, sorğu iştirakçılarının demək olar hamısı, 87 faizi il ərzində ən azı bir mürəkkəb kibermünaqişə ilə qarşılaşdığını etiraf edib. Təəcüblü deyil ki, hər üçüncü şirkət hücumu aşkar etmək üçün bir neçə gün, hər beşinci şirkət isə bir neçə həftəyədək vaxt sərf edir.
Şirkətlər kibertəhdidlərdən keyfiyyətli müdafiənin vacibliyini yaxşı anlayır. Respondentlərin 62 faizi daha mürəkkəb proqram təminatından istifadə etməyin zəruri olduğuna əmindir. Lakin təkcə proqram vasitələri kifayət etmir. Sorğu iştirakçılarının təxminən yarısı, 49 faizi bildiriblər ki, onların əməkdaşları kibertəhlükəsizlik siyasətinə riayət etmirlər. Bu göstərici digər sahələrə nisbətən 6 faiz çoxdur. Nəzərə alsaq ki, sənaye şirkətində çalışan əməkdaşın istənilən səhvi müəssisənin stabil fəaliyyətinin pozulmasına gətirib çıxara bilər, kibertəhlükəsizlik bacarıqlarının öyrədilməsi effektiv müdafiənin vacib şərtinə çevrilir.
"Sənaye idarəetmə sistemlərinə kiberhücumlar şübhəsiz bir nömrəli təhdidə çevrilir. Belə ki, onlar biznesin aramasızlığına və istehsal ilə məşğul olan şirkətin əsas bahalı aktivlərinə birbaşa olaraq təsir göstərir. Lakin müsbət tərəf də mövcuddur. Sözügedən bazarın iştirakçılarının əksəriyyəti hansı təhdidlərin ilk plana çıxmasını və yaxın gələcəkdə hansıların aktual olacağını bilirlər. Məhz bu səbəbdən xüsusi olaraq avtomatlaşdırılmış sənaye mühitlərinin müdafiəsi üçün hazırlanan kompleksli həllərin tətbiqi olduqca vacibdir. Onlar yüksək çevikliyə malikdir və hər bir təşkilatın texnoloji proseslərinə uyğun olaraq köklənir. "Kaspersky Lab" infrastrukturun bütün səviyyələrində müdafiəsi, o cümlədən SCADA serverləri, maşın-insan interfeysi, iş stansiyaları, proqramlaşdırılan məntiqi kontrollerlər və şəbəkə qoşulmaları üçün nəzərdə tutulan və sənaye müəssisələrinin müxtəlif tələbatlarına cavab verən texnologiyalar və xidmətlər təklif edir. Yeni hücum vektorlarının proqnozlaşdırmasından tutmuş kibermünaqişələrin qarşısını almaq, onları müəyyən etmək və reaksiya vermək üçün xüsusi texnologiyalardan istifadəsinədək uyğunlaşdırılmış təhlükəsizlik modelinin bütün mərhələlərini özündə birləşdirən kompleks həlldir.
Məhəmməd