YAP xalqımızın etimadını qazanan siyasi qüvvədir- ÖZƏL
11:56 Siyasət"Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən böyük əzmkarlıq və ardıcıllıqla davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov bildirib: "YAP Ağdaş rayon təşkilatı fəaliyyətində Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin və milli ideyalarının təbliğinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasına xüsusi əhəmiyyət verir.
Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında müstəsna rola malik olan, xalqımızın böyük etimadını qazanan siyasi qüvvədir. Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol müasir Azərbaycanın uğur salnaməsinin mühüm hissəsidir.
Prinsipləri, amalları milli mənafelərə əsaslanan, təməli sağlam olan, daim Azərbaycan xalqının maraqlarını müdafiə edən Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edəcək və ölkəmizin strateji hədəflərinə çatmasına öz töhfəsini verəcəkdir".