Gündəm

İlhamə Quliyeva ölümündən sonra Nazpəridən halallıq istəyib - ŞOK AÇIQLAMA - VİDEO

2 Fevral 2018 14:37

Bu gün "Hər şey daxil" verilişində qonaq olan xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə hər kəsi təəccübləndirib. Verilişin aparıcısı, prodüser Tolik "Nazpəri xanım, siz İlhamə xanım öləndən sonra, ürəyinizdə onu bağışladınızmı" sualına xalq artisti verdiyi cavabla hər kəsi şok edib.

İntellektual oyunun qaliblərinə sertifikatlar təqdim olunub

2 Fevral 2018 14:32

“2 Fevral-Gənclər Günü” ilə əlaqədar gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “Gələcəyə Doğru” Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyi ilə birgə “Nə? Harada? Nə zaman?” Intellektual oyunu təşkil ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Olaylar”a verilən məlunata görə, tədbir Qəbələ şəhər N. Apayev adına 4 saylı tam orta məktəbdə rayonun müxtəlif kənd məktəblərində çalışan gənc müəllimlərin iştirakı ilə baş tutub.

BP-nin regional prezidenti Energetika Nazirliyində olub

2 Fevral 2018 14:27

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz arasında görüş keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə BP şirkəti ilə əməkdaşlığın hazırki vəziyyəti və “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə edilib.

Türkiyədən nəhəng hərbi həmlə – 35 milyard...

2 Fevral 2018 14:26

Türkiyə əsgər, polis, jandarma və sahil təhlükəsizliyi ünsürlərinin istifadə etdiyi silah sistemləri və nəqliyyat vasitələrinin istehsalında xaricdən asılılığı azaltmaq üçün yeni bir addım atıb.

Sərkisyana görə İrəvan 8 milyard itirdi

2 Fevral 2018 14:24

2017-ci ildə Ermənistandan kapital axını sürətlənib.  “Joxovurd” qəzeti keçən il ərzində ölkədən 1,25 milyard dollarlıq kapitalın çıxarıldığını yazıb.

Talibanın iki nüfuzlu komandiri məhv edildi

2 Fevral 2018 14:23

Əfqanıstan ordusunun xüsusi təyinatlı dəstələri “Navid 8” əməliyyatı keçiriblər. Ordunun mətbuat xidməti əməliyyatın Türkmənistanla sərhəddə yerləşən Fəryab vilayətində baş tutduğunu bildirib.

NATO Ermənistanda təlim keçirir

2 Fevral 2018 14:22

NATO Ermənistanda komanda qərargah təlimi keçirəcək. Bu barədə informasiya NATO-nun Avropadakı qoşunlarının rəsmi saytında yer alıb. “Qılınc qoruması 2018” adlanacaq təlim 14 maydan 25 maya qədər davam edəcək. Təlim ABŞ-ın təşkilatçılığı ilə baş tutacaq.

Qısqanclığa qurban gedən oğlanın daha övladı olmayacaq

2 Fevral 2018 14:14

Ötən gün Qazaxstanda baş verən qəribə olay barədə məlumat vermişdik. Hadisənin təfərrüatı bilinib və oğlanın fotosu yayılıb. Zhanna Nurzhanova (Canna Nurcanova) adlı 36 yaşlı qısqanc qadın sevgilisini yuxu dərmanı ilə yatdırıb, sonra da cinsiyyət orqanını kəsib.

Məhkumlar “Gəncləri Günü”nü qeyd ediblər

2 Fevral 2018 14:12

Cəza çəkən məhkumların asudə vaxtlarının səmərəli təşkili və tərbiyə işinin səmərəliliyinin artırılması məqsədilə Tərbiyə müəssisəsində “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib.

Azərbaycan və Əlcəzair arasında hüquqi əlaqələr genişlənir

2 Fevral 2018 14:10

Əlcəzair Ədliyyə Nazirliyinin Hüquqi və məhkəmə əməkdaşlığı Direktorluğunun direktoru Abdellatif Mahmoud Jaouder və şöbə müdiri xanım Ferhat Hafidadan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Bakıda Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

2 Fevral 2018 14:11

3-4 fevral 2018-ci tarixlərində Monolit Plazada IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, konfransda yerli və xarici mütəxəssislər iştirak edəcəklər. Konfransda arı məhsullarının əldə edilməsi, saxlanması, ekspertizası və istifadəsi haqda məlumat veriləcək.

Nazir Ərdoğanın salamlarını Səməd Seyidova çatdırıb

2 Fevral 2018 14:08

Mlli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək

2 Fevral 2018 14:05

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 5-7 fevral tarixində Çin Xalq Respublikasına səfər edəcək. Azərbaycan nümayəndə heyəti "Kəmər və Yol" layihəsinin təşviqində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu" mövzusunda Beynəlxalq Konfransda iştirak edəcək. Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın tranzit potensialına dair çıxış edəcək, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə müzakirələr aparacaq.

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” bu sahədə örnək və uğurlu yol göstəricisidir

2 Fevral 2018 14:02

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin ictimai müzakirəyə təqdim olunduğu və cəmiyyətin diqqətinin bu məsələyə yönəldiyi bir vaxtda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən çap edilmiş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” görkəmli dilçi alimlər tərəfindən dəyərli təşəbbüs kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, bu, Tərcümə Mərkəzinin ana dilimizin saflaşdırılmasına özünəməxsus töhfəsidir.

“Ayıq sürücü” və DYP əlbir işləyirlər – İDDİA - VİDEO

2 Fevral 2018 13:55

Bakıda bəzi “Ayıq sürücü” xidməti göstərən şirkətlər Dövlət Yol Polisi əməkdaşları ilə əlbir olub sürücülərə qarşı hiylə işlədirlər. Bu barədə xidmətdən istifadə edən sürücülərdən məlumat daxil olub. Onlar iddia edirlər ki, vətəndaşlar sərxoş olan zamanı “Ayıq sürücü” xidmətindən istifadə edirlər. Xidmət göstərən sürücünü yol polisi izləyir. “Ayıq sürücü” avtomobili sahibi ilə birgə yaşadığı əraziyə aparır. Daha sonra qeyd edir ki, avtomobili yalnız məhəlləyə qədər aparmaq mənim borcumdur, parkinqi özünüz edin, yaxud “tələsirəm” deyərək ərazidən uzaqlaşır.