Gündəm

Veysəloğlu Qrup Gənclər gününə həsr olunan tədbir keçirib

2 Fevral 2018 15:20

"Veysəloğlu Şirkətlər Qrupu 2 fevral - Ümumrespublika Gənclər gününə həsr olunan tədbir keçirib. Şirkətdən “OLAYLAR”-a bildirilib ki, tədbiri giriş sözü ilə açan şirkət rəhbərliyi gənclərə öz tövsiyyələrini verərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra şirkət əməkdaşlarına gənclər gününün yaranması ilə bağlı ətraflı məlumat verilib. Tədbirdə işində nümunəvi, fəal və yaşı 29-dək olan gənc əməkdaşlar təşəkkürnamə ilə təltif olunub və onlara müxtəlif hədiyyələr təqdim edilib.

Sona Vəliyeva: “Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq”

2 Fevral 2018 15:16

Fevralın 2- də Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi” təhsil şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdiyi “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

Azərbaycan şairinin külliyatının surəti əldə edildi – Tehran kitabxanasında

2 Fevral 2018 15:13

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyatının surətini əldə edib. Buraya şairin divanı, müxtəlif münasibətlərlə yazdığı şeirlər və qəsidələr daxil edilib.

Aztəminatlı ailələrdən olan tələbələrə - Şad xəbər

2 Fevral 2018 15:13

Maarifçi Tələbə Kredit Fondu növbəti elan sessiyasına başlayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, bu elan sessiyasında təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

"Kişi niyə özünə baxmalıdır?" - Rəmiş qınadı

2 Fevral 2018 15:04

“Səhər-səhər” prqramının növbəti qonağı xalq artisti Rafiq Hüseynov (Rəmiş ) olub. Axşam.az-ın məlumatına görə, gitara ifaçısı kişilərin baxımlı olmasını pisləyib: “Hər insanın yaş tərzi keçdikcə, onun müdrikləşməsi var.

Məktəb tualetində dişlənərək öldürülən şagird cəsədi tapıldı

2 Fevral 2018 15:01

Hindistanın ən böyük ikinci şəhəri Delhidəki özəl məktəb tualetində bir şagird dişlənərək öldürülüb. Öldürülən uşağın cəsədi çərşənbə səhəri dərs saatları zamanı 11:00-da məktəb tualetində şagird yoldaşları tərəfindən tapılıb.  Dərhal hadisə yerinə polislər və təcili yardım briqadası çağırılıb. Polis 14 yaşlı şagirdin dişlənərək öldürüldüyünü müəyyən edib. Uşağın cəsədi yarılmaq üçün tibbi ekspertizaya göndərilib.

Rusiya MSK Putinin mətbuat katibinə irad bildirib

2 Fevral 2018 14:58

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova irad bildirib.  Məlumata görə, E. Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlar yolverilməzdir.

Romaya Ərdoğan üçün həyəcan verildi:  24 saat, 3500 nəfər...

2 Fevral 2018 14:54

Roma Papası Fransiskin dəvəti ilə İtaliyaya səfər etməsi planlaşdırılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri öncəsi Romada təhlükəsizlik qüvvələrinə həyəcan siqnalı verilib.

Ermənistanda 10 yaşlı qız borca görə oğurlanıb

2 Fevral 2018 14:52

Ermənistanda borca görə uşaq oğurlanıb.  Məlumata görə, hadisə Kotayk vilayətinin Eqvard şəhərində baş verib. Polisə müraciət edən 37 yaşlı qadın bildirib ki, 10 yaşlı qızını həmyerlisi, 44 yaşlı qadın aldadaraq evinə aparıb və orada girov saxlayır.

Elnur Məmmədliyə uduzmaq üçün 200 min pul təklif olunub – ETİRAF

2 Fevral 2018 14:50

Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə 2007-ci il dünya çempionatı zamanı uduzması üçün pul təklif olunub. Bu barədə 30 yaşlı idmançı “CBC Sport”da yayımlanan “İmza” verilişində açıqlama verib.

Minlərlə insan ödəniş edə bilmədiyindən təhsildən kənarda qalır

2 Fevral 2018 14:46

“Təhsil haqqında” çərçivə qanunu qəbul edildiyindən və bu qanunun effektli tətbiqi və işləməsi üçün ondan irəli gələn digər qanunların da qəbul edilməsinə zərurət var. Hesab edirəm ki, 2018-ci ildə parlament “Ali təhsil haqqında”, “Orta təhsil haqqında”, “Təhsil krediti haqqında” qanunlar da qəbul edilməlidir”.

Millət vəkili: “Rəqabət Məcəlləsinin qəbulu ilə qiymətlərin ən azı 30 faiz enməsinə nail olmaq mümkündür”

2 Fevral 2018 14:45

“Ölkədə monopoliyanın aradan qaldırılması və qiymətlərin aşağı salınması üçün Rəqabət Məcəlləsinin qəbulunu zərurət var”. “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimli hesab edir ki, Rəqabət Məcəlləsi qəbul edilərsə və ölkədə azacıq da olsa rəqabət mühiti yaradılarsa, o zaman qiymətlərin ən azı 30 faiz enməsinə nail olmaq olar: “Bir misal çəkim, ölkəyə şəkər gətirilməsi ilə bağlı azacıq da olsa, rəqabət mühitinin yaradılması nəticəsində şəkərin qiyməti 29 faiz aşağı endi.

Prezident Oqtay Əsədova “Şərəf” ordeni verdi

2 Fevral 2018 14:43

Milli Məclisin (MM) sədri Oqtay Əsədova Qazaxıstan Respublikasının “Şərəf” ordeni təqdim edilib. Oqtay Əsədov dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Sərəncamı ilə bu ordenlə təltif olunub.

Avropada erməni dəyirmanına su tökən “azərbaycanlılar”

2 Fevral 2018 14:38

Avropada özünə kök salmış antiAzərbaycan şəbəkə hər vasitə ilə ölkəmizin imicinə xələl gətirməyə, ona zərər vurmağa çalışır. Müntəzəm olaraq Avropanın müxtəlif ölkələrində Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması iddiası ilə aksiyalar keçirən milli satqınlar bu yolla ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna da zərbə vurmağa səy göstərirlər.