Millət vəkili: “Rəqabət Məcəlləsinin qəbulu ilə qiymətlərin ən azı 30 faiz enməsinə nail olmaq mümkündür”

“Ölkədə monopoliyanın aradan qaldırılması və qiymətlərin aşağı salınması üçün Rəqabət Məcəlləsinin qəbulunu zərurət var”. “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimli hesab edir ki, Rəqabət Məcəlləsi qəbul edilərsə və ölkədə azacıq da olsa rəqabət mühiti yaradılarsa, o zaman qiymətlərin ən azı 30 faiz enməsinə nail olmaq olar: “Bir misal çəkim, ölkəyə şəkər gətirilməsi ilə bağlı azacıq da olsa, rəqabət mühitinin yaradılması nəticəsində şəkərin qiyməti 29 faiz aşağı endi.

"Ölkədə monopoliyanın aradan qaldırılması və qiymətlərin aşağı salınması üçün Rəqabət Məcəlləsinin qəbulunu zərurət var". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimli hesab edir ki, Rəqabət Məcəlləsi qəbul edilərsə və ölkədə azacıq da olsa rəqabət mühiti yaradılarsa, o zaman qiymətlərin ən azı 30 faiz enməsinə nail olmaq olar: "Bir misal çəkim, ölkəyə şəkər gətirilməsi ilə bağlı azacıq da olsa, rəqabət mühitinin yaradılması nəticəsində şəkərin qiyməti 29 faiz aşağı endi. Odur ki, ölkədə qiymətlərin aşağı endirilməsi üçün monopoliya qarşı effektli mübarizə aparmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı real addımlar atılmalıdır. Əks təqdirdə, görülən tədbirlər ciddi nəticə verməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31