Gündəm
Vətəndaşlardan ov tüfəngi götürülüb
Ağdaş rayonunun Eymur kənd sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Eymur kənd sakini Cahangir İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. Həmçinin Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən rayon sakinləri Salamat Hətəmovadan və Ruslan Baxşıyevdən müvafiq sənədləri olmayan “İJ-16” və “Tula” markalı ov tüfəngləri götürülüb. Araşdırma aparılır.
DYP aydınlıq gətirdi: "Ayıq sürücüdən özləri imtina edirlər"
Bir sıra saytlarda Bakıda bəzi ayıq sürücü xidməti göstərən şirkətlərin Dövlət Yol Polisi əməkdaşları ilə əlbir olub, müştərilərə qarşı hiylə işlətdiklərinə dair xəbərlər yayılıb.
Azercell-in Mobil Diş Klinikası pulsuz xidmətə davam edir
Azercell Telekom MMC-nin Mobil Diş Klinikası uğurla fəaliyyət göstərir. Klinika 2017-ci ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb. Hesabata əsasən kimsəsiz və yardıma ehtiyacı olan 552 nəfər ötən il klinikanın müayinə və müalicəsinə cəlb olunub. Yanvar ayında Mobil Diş Klinikası Pirşağıda 10 saylı internat evindəki 124 uşağa xidmət göstərib. Fevral və mart ayları ərzində klinikanın həkimləri Zəngilan şəhərciyi tam orta məktəbinin 50 nəfər şagirdini müayinəyə cəlb ediblər.
Parlament sanksiya tətbiq etməlidir
Milli Məclis Ermənistanla hərbi-texniki əməkdaşlıq edən ölklərə sanksiya tətbiq etməlidir. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, BMT tərəfindən rəsmən Azərbaycanın ərazilərinin işğal faktoru qeyd olunub və işğalçı ordunun işğal olunmuş ərazilərdən çıxarılması üçün qeyd-şərtsiz qətnamələri var: “Qeyd edim ki, Ermənistana əsasən hərbi yardım Rusiya edir və bəllidir ki, Ermənistanın maliyyə imkanları digər ölkələrdən silah almasına imkan vermir.
Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12 931 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 12 931 müraciət daxil olub.
Rusiya Azərbaycanın işğal olunmuş ərazisində bank açıb?
“Yayılan məlumata görə, Azərbaycanın işğal olunmuş ərazisi olan Ağdərə rayonunda Rusiyanın Unubankının filialı açılıb”. Bu barədə məlumat verən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, belə bir hal təsdiqini taparsa, məsələninn ciddiliyi nəzərə alınaraq müzakirə edilməlidir: “ Eyni zamanda, Azərbaycanın Rusiyanın “VTB Bank”ında rublla saxladığı Dövlət Heft Fondunun 500 milyonluq səhmləri məsələsi də müzakirə mövzusu olmalıdır.
Liviyada faciə: 90 nəfər öldü...
Liviya sahilləri yaxınlığında miqrantları daşıyan qayıq çevrilib. Hadisə nəticəsində azı 90 nəfərin öldüyü bildirilib. Məlumata görə, ölənlərinn əksəriyyəti Pakistan vətəndaşları olub.
Prezident icra başçısına yeni vəzifə verdi - Sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əziz Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Ölkə xəritədən silinir, vətəndaş müharibəsi başlayır
Fransada iki hərbi helikopter toqquşdu: 5 nəfər öldü
Bu gün səhər Fransanın Var departamentində, Karkes gölü yaxınlığında havada iki hərbi helikopter toqquşub. Bildirilir ki, toqquşma nəticəsində 5 nəfər həlak olub, 6-cı sərnişinin taleyi məlum deyil. Yerli hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb.
Nazirlik XƏBƏRDARLIQ ETDİ: Sürüşmələr davam edir
Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikası aktivdir, yəni burada sürüşmə prosesi davam edir və stabillik yoxdur.
Komissiya üzvü əfv siyahısından danışdı
“Novruz bayramında prezident İlham Əliyev tərəfindən imzalanması gözlənilən əfv sərəncamı ilə bağlı Əfv Məsələləri Komissiyası bu gün ikinci iclasa toplaşacaq. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir”. Bunu deyən Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, müzakirələrdən asılı olaraq, baxılacaq müraciətlərin sayı müəyyənləşəcək: “Əfv siyahısına kimlər düşəcək bunu kimsə deyə bilməz. Biz yalnız bu və digər şəxslərlə bağlı məlumatları dinləyir və qərar hazırlanması ilə bağlı rəy veririk.
Cocuq Mərcanlıda yem emalı müəssisəsi istifadəyə verilib
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, fevralın 2-də bununla bağlı İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazir müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Pakistanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandandan ibarət nümayəndə heyətini qəbul edib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüşdə nazir Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilmiş normativ hüquqi sənədlər və gələcəkdə bu sahədə həyata keçiriləcək layihələr haqqında geniş məlumat verib.
"Müharibə və sülh arasındakı tələdə: Dağlıq Qarabağ nümunəsi" adlı məqalələr toplusu nəşr edilib
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən bu yaxında mərkəzin direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Fuad Çıraqovun redaktorluğu ilə "Müharibə və sülh arasındakı tələdə: Dağlıq Qarabağ nümunəsi" adlı məqalələr toplusu nəşr edilib.














