Pakistanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandandan ibarət nümayəndə heyətini qəbul edib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüşdə nazir Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilmiş normativ hüquqi sənədlər və gələcəkdə bu sahədə həyata keçiriləcək layihələr haqqında geniş məlumat verib.
2 Fevral 2018 15:22 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandandan ibarət nümayəndə heyətini qəbul edib. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, görüşdə nazir Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilmiş normativ hüquqi sənədlər və gələcəkdə bu sahədə həyata keçiriləcək layihələr haqqında geniş məlumat verib. Ölkəmizin beynəlxalq hava limanlarında vizaların "ASAN Viza" sistemi vasitəsilə tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman barədə danışan nazir Əbülfəs Qarayev bu Fərmanın turizmin inkişafı istiqamətində atılan növbəti mühüm addımlardan biri olduğunu da bildirib.. Eləcə də, nazir ötən il ərzində ölkəyə 2 milyon turistin gəlməsinin 20 % artımdan xəbər verdiyini qeyd edib.
Nazir Pakistandan ölkəmizə səfər edən turistlərin sayının artırılması istiqamətində ikitərəfli əməkdaşlıq üçün Azərbaycanda hər cür imkanların olduğunu bildirib.