Gündəm

Bu şirkət dünyada ən bahalı brend adına layiq görülüb

2 Fevral 2018 19:12

İnternet üzərindən satışlar sahəsində böyük “oyunçu”lardan biri olan ABŞ-ın “Amazon” şirkəti “Brand Finance” tərəfindən tərtib edilmiş dünyanın 500 ən bahalı brendi reytinqində birinci yeri tutub.

“Google”un proqramı hava reyslərinin gecikməsini öncədən proqnozlaşdıra bilir

2 Fevral 2018 19:06

Təyyarə biletlərinin axtarışı və alınması üçün nəzərdə tutulmuş “Google Flights” servisinin proqramçıları hava reysinin mümkün ola bilən gecikməsini öncədən proqnozlaşdırmağa və bu barədə istifadəçini məlumatlandırmağa imkan verən süni intellekt elementlərindən istifadə ediblər.

Regional proqramlar yerlərdə uğurla icra edilib

2 Fevral 2018 18:30

Müstəqil Azərbaycan Respublikasının inkişaf etməsi, çiçəklənməsi, bir sıra sahələrdə uğurlara, nailiyyətlərə imza atmasında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi çəkisi və yeri var. 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən bu proqramlar bütövlükdə Azərbaycanın simasını müsbətə doğru dəyişib desək yanılmarıq.

Bakıdakı “Şərq bazarı” bağlanır

2 Fevral 2018 16:42

"Şərq bazarı" təmirə bağlanacaq. Bu barədə “Qafqazinfo”ya məlumatı bazar rəhbərliyi və satıcılar veriblər. Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb: “Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda işimizi müxtəlif bazarlarda davam etdirəcəyik”.

Xidmət rəisi şimal zonasında vətəndaşları qəbul edəcək

2 Fevral 2018 16:38

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov fevralın 15-də Xidmətin Qusar rayon şöbəsində vətəndaşları qəbul edəcək. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edəcək.

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi

2 Fevral 2018 16:37

Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər günü münasibətilə “Gəncliyin səsi” festivalının açılışı keçirilib. “OLAYLAR” xəbər verir ki, ənənəvi festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşir.

Türkiyəyə boksda ilk olimpiya gümüşünü qazandıran azərbaycanlı kimdir?

2 Fevral 2018 16:35

Bu günlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da boksçu Malik Bəyləroğlu haqqında məqalə yaradılıb. Malik Bəyləroğlu 1996-ci ildə Atlanta yay Olimpiya Oyunlarında qardaş Türkiyəyə boks idman növündə ilk gümüş medalı qazandıran boksçudur.

Yuyucu toz, çay və xama qutularında psixotrop maddə və narkotik aşkarlanıb - VİDEO

2 Fevral 2018 16:34

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gizli yolla ölkənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Bilal Hüseyinov saxlanılıb.

Bu müəllim və rəhbər işçilər üçün yeni maaş məbləği müəyyənləşdirildi

2 Fevral 2018 16:31

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin müəlimlərinin və rəhbər işçilərinin yeni maaş sxemi təsdiqlənib.

Tarix İnstitutu Gənclər günü ilə bağlı Elmi Şura keçirib

2 Fevral 2018 16:29

Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 2 fevral – Gənclər günü ilə bağlı genişləndirilmiş Elmi Şura keçirib.

Narkotik satan Lənkəran sakini tutulub

2 Fevral 2018 16:25

Narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də Murad Rəhimliyə narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini Arzu Ağayev saxlanılıb. Aparılmış tədbirlərlə ondan 460 qram marixuana götürülüb.

Quldurluqda şübhəli bilinən şəxslər saxlanıb

2 Fevral 2018 16:24

Quldurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da paytaxt sakini Elxan Veysovun pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Şahkərimov, Quba rayon sakinləri Murad Əşrəfov və Elvin Babayev saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Kombi oğurlayan yeniyetmə tutulub

2 Fevral 2018 16:21

Abşeron rayonunda oğurluqla məşğul olan yeniyemə saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən kombi aparatı və 5 radiator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini olan 1 yeniyetmə saxlanılıb. Araşdırma aparılır.

Mağazadan 3,3 min manat oğurlayıb

2 Fevral 2018 16:20

Oğurluqda şübhəli bilinən yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-nə keçən gecə rayon ərazisindəki mağazaların birindən 3300 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini olan 1 yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.