Tarixi ərazilərimiz göz bəbəyi kimi qorunmalıdır- ÖZƏL
12:26 Sosial"Şuşada Cıdır düzündəki daşların üzərinə yazılmış adlarla başlayan diskussiyaların şəhid valideynlərinin tənqid olunması səviyyəsinə kimi düşməsi yolverilməz hal olmaqla yanaşı, şəhidlərin ruhuna qarşı hörmətsizlikdir". Bunu "Olaylar"a ekskluziv açıqlamasanda ƏHD Partiyası İdarə Heyətinin üzvü Azər Qasımov deyib: "İlk növbədə qeyd etmək lazımdır ki, dövlətimiz şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün mümkün olan hər işi görür. Şuşada əgər kimsə bir daşa şəhid ismi yazıbsa, bunu xoş qarşılamaq lazımdır.
Amma başa salınmalıdır ki, bunu etmək doğru deyil və edilməsə daha yaxşı olar. Təbii ki, daşların, qayaların və digər təbii və ya tarixi səthlərin üzərinə ad yazmaq nəinki şəhidlərin ruhuna hörmətsizlikdir, eyni zamanda tarixi yerlərimizə, abidələrimizə və yaşayış məntəqələrimizin ümumi görkəminə ciddi ziyan vurur. Bu baxımdan bunun qarşısı alınmalıdır.
Hesab edirəm ki, xalqımızın hər bir fərdi həmin tarixi əraziləri öz göz bəbəyi kimi qorumalı, ona ziyan vuranlara qarşı amansız olmalıdır".