Gündəm

Ankaradakı partlayış terror aktı kimi təsdiqləndi

2 Fevral 2018 22:12

Türkiyənin paytaxtı Ankara şəhərinin hakimiyyət orqanları vergi müfəttişliyinin binasında baş vermiş partlayışı terror aktı adlandırıblar. Partlayışı PYD ilə əlaqədə olan terrorçu törədib.

29 qadın saxlanıldı - Baş örtüyünü açdığı üçün

2 Fevral 2018 22:05

İranda baş örtüyünə qarşı etiraz aksiyası keçirilib. İranda qadınların baş örtüyü ilə bağlı məcburi qaydalara etirazlar artmağa başlayıb. “Ağ Çərşənbə” adını alan etiraz aksiyasınında qadınlar baş örtüklərini çıxararaq qaydalara etiraz ediblər. Aksiyada baş örtüyü açdıqları üçün 29 qadın polis tərəfində saxlanılıb.

Qaradağda Gənclər Günü

2 Fevral 2018 22:03

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ Heydər Əliyev Mərkəzində 2 fevral – Azərbaycanda Gənclər Günü ilə əlaqədar Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun yerli gənclərlə görüşü keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova iştirak ediblər.

Teatrda “Gəncliyin səsi” festivalının açılış mərasimi

2 Fevral 2018 22:00

Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər günü münasibətilə “Gəncliyin səsi” festivalının açılışı keçirilib. Olaylar.az bildirir ki,  ənənəvi festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşir.

Azərbaycanda 89 hindistanlı saxlanılıb

2 Fevral 2018 21:57

Yanvarın 29-31-i və fevralın 1-də Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Hindistan Respublikasının 89 vətəndaşı saxlanılıb. Araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycan Respublikasına gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və bir nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkar edilib.

YPG-dən “Zeytun Budağı” açıqlaması:  14 türk əsgəri öldürülüb

2 Fevral 2018 21:56

Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhədlərdə və bölgədə təhlükəsizliyi və asayişi təmin etmək məqsədi ilə Suriyanın şimal qərbindəki Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, bölgə sakinlərinin bunların zülmündən qurtarılması məqsədi ilə yanvarın 20-də başlayan “Zeytun Budağı” əməliyyatı hazırda davam etdirilir.

Qadınlarla bağlı növbəti qərar

2 Fevral 2018 21:51

Son aylarda qadınlarla bağlı bir neçə qadağanı ləğv edən Səudiyyə Ərəbistanı hökuməti növbəti qərara imza atıb. Bir neçə gün öncə qadınların kafe və restoranlarda işləməsinə icazə verən hökumət, bu gün isə hava limanına qadın işçilərin də götürüləcəyini qərarlaşdırıb.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında maraqlı repertuar 

2 Fevral 2018 21:42

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi bu həftə də teatrın repertuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, fevralı ayının 3-də X. Əlibəylinin “Dovşanın ad günü” , fevralın 4-də isə A.Şaiqin “Danışan gəlincik” tamaşalarının qəhrəmanları məktəblilərin görüşünə gələcək. Tamaşalar saat 12:00 və 14:00-da nümayiş olunacaq. Teatrın axşam tamaşaları repertuarında isə 3 fevral tarixində M.F.Axundzadənin “ Hekayəti-Xırs-quldurbasan”, 4 fevral tarixində isə Y.Abramov və L.Bəyimin “Yarımçıq qalmış” tamaşaları nümayiş olunacaq . Tamaşalar saat 19:00-da başlanır.

“Galileo” sistemi istifadəçilərinin sayı 100 milyona çatıb

2 Fevral 2018 19:43

Avropanın “Galileo” peyk sisteminin istifadəçilərinin sayı hazırda 100 milyon təşkil edir. Bu barədə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) məlumatında deyilir.

“Airbus” konserni tərəfindən hazırlanmış uçan taksi ilk uçuşunu yerinə yetirib

2 Fevral 2018 19:39

“Airbus” aviatikinti konserninin A3 bölməsi tərəfindən hazırlanmış “Vahana” adlı sürücüsüz hava taksisi ilk uçuşunu yerinə yetirib. Bu haqda layihənin bloqunda məlumat verilib.

İnternet fırıldaqçılığı qlobal problemə çevrilib

2 Fevral 2018 19:33

“Experian” şirkətinin apardığı tədqiqatdan internet fırıldaqçılığının başlıca qlobal təhlükələrdən biri olması məlum olub.

Tibbi avadanlıqlara kiberhücumların sayında artım müşahidə edilir

2 Fevral 2018 19:25

Təhlükəsizlik üzrə tədqiqatçılar kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının aparılması üçün tibbi avadanlıqların kiberhücumlara qarşı boşluqlara malik olmasını bildirirlər.

Qeyri-adi üsulla yayılan yeni fırıldaqçı proqram təminatı aşkarlanıb

2 Fevral 2018 19:19

“Malwarebytes” şirkətinin ekspertləri qeyri-adi üsulla - iki eksployt dəsti vasitəsilə yayılan yeni fırıldaqçı proqram təminatı aşkarlayıblar.