Afrində türk jurnalist yaralandı 

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda keçirdiyi hərbi əməliyyatı izləyən "Anadolu" agentliyinin müxbiri Sarp Özər yaralanıb.

Raket və top mərmisinin yaxınlığına düşməsi nəticəsində jurnalist əlindən və ayağından yara alıb.

S. Özər ilkin tibbi yardımdan sonra Türkiyədə xəstəxanaya çatdırılıb. Vəziyyəti yaxşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31