Gündəm
Gənclər bizim gələcəyimizdir
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Maştağa Mədəniyyət evində 2 fevral Gənclər gününə həsr olunmuş "Gənclər bizim gələcəyimizdir" adlı tədbir keçirilib. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri, Sabunçu rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, N saylı hərbi hissənin zabitləri, tələbələr iştirak ediblər.
Hava XƏBƏRDARLIĞI: 7 fevraladək...
Fevralın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 8-13, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Gömrük Komitəsi İrandan ölkəmizə toyuq ətinin gətirilməsi xəbərlərinə aydınlıq gətirdi
Dövlət Gömrük Komitəsi (DGK) İran İslam Respublikasından ölkəmizə toyuq ətinin gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. DGK-dən verilən məlumata görə, 2016-cı ilin dekabr ayından etibarən İran İslam Respublikasından ölkəmizə toyuq ətinin idxalına qadağa qoyulub, miqdarından və təyinatından asılı olmayaraq bu ölkədən toyuq ətinin gətirilməməsinə gömrük orqanları tərəfindən ciddi nəzarət edilir:
Türkiyə son qərarını AÇIQLADI - Terrorçuların kabusu DÖYÜŞƏ GİRİR
Suriyanın Afrin bölgəsində PYD/PKK terrorçularını 4 tərəfdən mühasirəyə alan və mühasirə halqasını getdikcə daraldan Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu çətin şəhər döyüşünə hazırlaşır. Təhlükəsizlik toplantılarında hazırlanan plana görə, şəhər döyüşlərində Müharibə Axtarış Qurtarma (MAK) ilə minalar və əl istehsalı partlayıcı qurğuların aşkarlanması və məhv edilməsi üzrə birliklərdən (METİ) istifadə ediləcək. MAK və METİ ölkənin cənubi-şərqində, xüsusilə Diyarbəkr vilayətinin Sur mahalında anti-terror əməliyyatlarında böyük nailiyyətlər qazanan birliklərdir.
Əməkdar artistdən aparıcılara SƏRT SÖZLƏR: "Dədə-babasının..."
Əməkdar artist Lalə Məmmədova aparıcıların efirdə qeyri-etik ifadələr işlətməsindən gileylənib. Müğənni bu haqda sosial şəbəkədə yazıb. O, efirə çıxanların tələffüzündə bir çox səhvlərin yer aldığını bildirib: “İndiyənə kimi aparılan monitorinqlərin nəticəsi olmadı, təəssüf. Yenə də eyni simalar, ləhcələr, kobudluq və tərbiyəsizlik. Aparıcı özündən yaşca böyük insanlarla "sən"lə danışır. Əgər onlara bir dəfə xəbərdarlıq edilsəydi, təkrarlamazdı. Demək haradasa bir boşluq var.
Musiqili Teatrın gənc sənətçisi “İlin aktrisası” oldu
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2 Fevral - Gənclər Günü münasibətilə 2017-ci ildə uğurlu fəaliyyəti ilə fərqlənmiş gəncləri mükafatlandırıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, "İlin gənc aktrisası” nominasiyasında mükafata Azərbaycan Dövlət Musiqili Teatrının solisti Aydan Həsənova layiq görülüb. Səhnə fəaliyyətinə başladığı qısa zaman ərzində məlahətli səsi və aktyorluq məharətilə tamaşaçıların qəlbinə yol tapan istedadlı aktrisa Ü.Hacıbəylinin “O olmasın, bu olsun” (Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin "Baladadaşın toy hamamı” (Bikə), V.Ulanovski, V.Orlov “Qızıl Cücə” (Dovşan), Qrim qardaşlarının ”Bremen musiqiçiləri” əsasında A.Sadıqovun “Bremen musiqiçiləri və Pen” (Vendi) tamaşalarında ifa etdiyi obrazların öhdəsindən peşəkarlıqla gələrək teatrsevərlərin rəğbətini qazanıb.
Belarusla əlaqələr genişlənir
Növbəti əməkdaşlıq müqaviləsi Minsk Dövlət Linqvistik Universiteti ilə imzalanıb Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir uğura imza atıb. Ölkəmizin bu nüfuzlu ali təhsil müəssisəsi ilə Belarusun Minsk Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Baranova imzalayıblar. Olaylar.az bildirir ki, mərasimdə çıxış edən ali məktəb rəhbərləri imzalanmış müqavilənin tərəflər qarşısında geniş imkanlar açdığını vurğulayıblar. Qeyd olunub ki, bu sənəd universitetlər arasında tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, professor-müəllim heyətinin ixtisaslarının artırılması sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini, birgə elmi nəşrlərin hazırlanmasını, müştərək elmi konfransların, simpoziumların, seminarların və s. təşkilini nəzərdə tutur.
7 günlük uşağı məscidin tualetinə atdılar - DƏHŞƏTLİ OLAY
Türkiyədə məscidin tualetindən 7 gün əvvəl doğulan uşaq tapılıb. Uşaq Eyubsultan mahalında Kapitan Paşa Məscidində aşkarlanıb. Uşağın tapıldığı yerə təcili yardım çağrılıb, tibb işçiləri uşağı müayinə edəndən sonra xəstəxanaya aparıblar. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib.
Bu ölkə məhv ediləcək - ABŞ-dan SENSASİYALI İDDİA
Ağ Evin əməkdaşlarından biri Konqresə keçiriləcək seçkilərdə administrasiyaya kömək etmək üçün Koreya Xalq Demokratik Respublikasına zərbələr endirməyi təklif edib. Bu haqda Cənubi Koreyanın “Hankyoreh” qəzeti yazıb.
Şou aləminin BÜTÜN SİRLƏRİ AÇILDI: "Qız müğənniləri və aparıcıları o kişilərə..." - ŞOK
Müğənni Nadir Qafarzadə qadın müğənnilərin satışa çıxarılmasını irəli sürüb. Müğənni instaqram səhifəsində şou-biznes nümayəndələri haqqında şok açıqlamalar verib: “Deyəsən, ağzımın açılmasının zamanı gəlib. İlhamə xanımın şəklini paylaşanda söz atmaq fikrində olmamışam. Qələt eləyin, oturun yerinizdə. Hacılara, Moskvada yaşayan pullu kişilərə, bəzi “məmurlara” qız çıxartmamışam. Belə getsə, susmayacam.
Ata və iki qızı helikopter qəzasında öldü
Kanadanın Kvebek əyalətində helikopter qəzası baş verib. Əyalət polisinin açıqlmasında qəza nəticəsində 3 nəfərin öldüyü bildirilib. Məlumata görə, hadisə nəticəsində ölənlər helikopterin pilotu Jan Klaud Mailhot ilə qızları Canie Mailhot və Natalie Mailhotdur.
Parisdə Azərbaycanlı pianoçunun solo konserti keçiriləcək
Parisin birinci rayonunda yerləşən “Le Duc des Lombards” caz klubunda Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin konserti keçiriləcək. Fevralın 7-də keçiriləcək konsert amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın rəhbərliyi altında təşkil olunacaq.
Almaniya Türkiyədə çevrilişin təşkilatçılarına sığınacaq verdi
Almaniya 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilatçılarından olan 4 hərbçiyə siyasi sığınacaq verib. Bu barədə "Spiegel" jurnalı yazıb. Bildirilir ki, onlar dövlət çevrilişinə cəhdin təşkilatçılarından hesab edilirlər. Həmin şəxslər arasında Ankara Hərbi Akademiyasının polkovniki İlham Polad da var. Türkiyə daha əvvəl Poladı dövlətə xəyanətdə və terror təşkilatı ilə əlaqədə ittiham edib.
Qripdən ölən uşaqların sayı artır
ABŞ-da qrip epidemiyasından ölən uşaqların sayı artıb. ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Xəbərdarlıq üzrə Mərkəzə istinadən yayılan məlumatda bildirilir ki, artıq 53 uşaq qripdən ölüb.
Axtarışda olan 21 nəfər saxlanıldı
2018-ci il fevral ayının 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.














