Qripdən ölən uşaqların sayı artır

ABŞ-da qrip epidemiyasından ölən uşaqların sayı artıb. ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Xəbərdarlıq üzrə Mərkəzə istinadən yayılan məlumatda bildirilir ki, artıq 53 uşaq qripdən ölüb.

ABŞ-da qrip epidemiyasından ölən uşaqların sayı artıb. ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Xəbərdarlıq üzrə Mərkəzə istinadən yayılan məlumatda bildirilir ki, artıq 53 uşaq qripdən ölüb.

Bundan əlavə, epidemiya bütün ştatlara yayılıb. Xəstəliklərə yoluxma faktları Puerto-Riko və Quam adasında da qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl 37 ölüm hadisəsinin olduğu xəbər verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31