Ankaradakı partlayış terror aktı kimi təsdiqləndi
Türkiyənin paytaxtı Ankara şəhərinin hakimiyyət orqanları vergi müfəttişliyinin binasında baş vermiş partlayışı terror aktı adlandırıblar. Partlayışı PYD ilə əlaqədə olan terrorçu törədib.
2 Fevral 2018 22:12 DünyaTürkiyənin paytaxtı Ankara şəhərinin hakimiyyət orqanları vergi müfəttişliyinin binasında baş vermiş partlayışı terror aktı adlandırıblar. Partlayışı PYD ilə əlaqədə olan terrorçu törədib.
Telekanalın məlumatına görə, terrorçu Suriya ərazisində partlayıcı qurğuların yaradılması ilə bağlı təlim keçib. Türkiyənin təhlükəsizlik orqanlarının əməkdaşları bombanı binaya keçirmiş şəxsi zərərsizləşdirib.
Hadisə ilə bağlı daha 8 nəfər saxlanılıb. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31