Bakıdakı “Şərq bazarı” bağlanır

"Şərq bazarı" təmirə bağlanacaq. Bu barədə “Qafqazinfo”ya məlumatı bazar rəhbərliyi və satıcılar veriblər. Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb: “Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda işimizi müxtəlif bazarlarda davam etdirəcəyik”.

"Şərq bazarı" təmirə bağlanacaq. Bu barədə "Qafqazinfo"ya məlumatı bazar rəhbərliyi və satıcılar veriblər. Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb: "Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda işimizi müxtəlif bazarlarda davam etdirəcəyik".

Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib: "Hazırda bazarda hər hansı təmir işi getmir. İşlərin başlanması aprel ayından etibarən nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb-qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31