“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi
Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər günü münasibətilə “Gəncliyin səsi” festivalının açılışı keçirilib. “OLAYLAR” xəbər verir ki, ənənəvi festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşir.
2 Fevral 2018 16:37 SosialFevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər günü münasibətilə "Gəncliyin səsi" festivalının açılışı keçirilib. "OLAYLAR" xəbər verir ki, ənənəvi festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşir.
Tədbir iştirakçıları ilk olaraq teatrın foyesində Azərbaycan Turizm və Menecment Universiteti tələblərinin, təhsil ocağının nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi şagirdlərinin və "ASAN Könüllüləri" Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral tarixi ölkəmizdə Gənclər günü kimi qeyd olunur. Bu sərəncam ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.