“Google”un proqramı hava reyslərinin gecikməsini öncədən proqnozlaşdıra bilir

Təyyarə biletlərinin axtarışı və alınması üçün nəzərdə tutulmuş “Google Flights” servisinin proqramçıları hava reysinin mümkün ola bilən gecikməsini öncədən proqnozlaşdırmağa və bu barədə istifadəçini məlumatlandırmağa imkan verən süni intellekt elementlərindən istifadə ediblər.

Təyyarə biletlərinin axtarışı və alınması üçün nəzərdə tutulmuş "Google Flights" servisinin proqramçıları hava reysinin mümkün ola bilən gecikməsini öncədən proqnozlaşdırmağa və bu barədə istifadəçini məlumatlandırmağa imkan verən süni intellekt elementlərindən istifadə ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, sistem mümkün ola bilən gecikməni proqnozlaşdırmaq üçün təyin edilmiş marşrut üzrə əvvəlki uçuşların statistikasını təhlil edir və gecikmə ehtimalı ən azı 80% olduğu halda istifadəçini bu barədə xəbərdar edir. Bu halda "Google" şirkətindən bildirilib ki, söhbət yalnız proqnozdan gedir və sərnişinlər vaxtında hava limanında olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31