"Müharibə və sülh arasındakı tələdə: Dağlıq Qarabağ nümunəsi" adlı məqalələr toplusu nəşr edilib
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən bu yaxında mərkəzin direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Fuad Çıraqovun redaktorluğu ilə "Müharibə və sülh arasındakı tələdə: Dağlıq Qarabağ nümunəsi" adlı məqalələr toplusu nəşr edilib.
2 Fevral 2018 15:21 SosialAzərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən bu yaxında mərkəzin direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Fuad Çıraqovun redaktorluğu ilə "Müharibə və sülh arasındakı tələdə: Dağlıq Qarabağ nümunəsi" adlı məqalələr toplusu nəşr edilib. "OLAYLAR" SAM-a istinadən xəbər verir ki, kitabda beynəlxalq ekspertlər, eləcə də SAM-ın əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 2011-2017-ci illərdə müxtəlif elmi jurnallarda, habelə elektron mediada ilk olaraq nəşr edilmiş 24 məqalə və şərh toplanıb. Məqalələr münaqişənin hüquqi və təhlükəsizlik aspektlərini, ötən dövr ərzində həyata keçirilmiş müxtəlif vasitəçilik səylərini, qlobal və regional güclərin münaqişənin həlli istiqamətindəki rolunu, bu münaqişəyə münasibətdə tarixi, mədəni, gender və identiklik baxımından yanaşmaları və s. məsələləri əhatə edir.
Kitab beynəlxalq münasibətlər, konfliktologiya və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulur.