Ermənistanda 10 yaşlı qız borca görə oğurlanıb
Ermənistanda borca görə uşaq oğurlanıb. Məlumata görə, hadisə Kotayk vilayətinin Eqvard şəhərində baş verib. Polisə müraciət edən 37 yaşlı qadın bildirib ki, 10 yaşlı qızını həmyerlisi, 44 yaşlı qadın aldadaraq evinə aparıb və orada girov saxlayır.
2 Fevral 2018 14:52 DünyaErmənistanda borca görə uşaq oğurlanıb. Məlumata görə, hadisə Kotayk vilayətinin Eqvard şəhərində baş verib. Polisə müraciət edən 37 yaşlı qadın bildirib ki, 10 yaşlı qızını həmyerlisi, 44 yaşlı qadın aldadaraq evinə aparıb və orada girov saxlayır. Məlum olub ki, uşağın anası həmin qadına pul borcludur. Faktla bağlı araşdırma aparılır. Apa.az "news.am" saytına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31