Minlərlə insan ödəniş edə bilmədiyindən təhsildən kənarda qalır
“Təhsil haqqında” çərçivə qanunu qəbul edildiyindən və bu qanunun effektli tətbiqi və işləməsi üçün ondan irəli gələn digər qanunların da qəbul edilməsinə zərurət var. Hesab edirəm ki, 2018-ci ildə parlament “Ali təhsil haqqında”, “Orta təhsil haqqında”, “Təhsil krediti haqqında” qanunlar da qəbul edilməlidir”.
2 Fevral 2018 14:46 SosialƏli Məsimli: "Təhsil kredit haqqında" qanunun qəbul edilməsi sürətləndirilməlidir"
"Təhsil haqqında" çərçivə qanunu qəbul edildiyindən və bu qanunun effektli tətbiqi və işləməsi üçün ondan irəli gələn digər qanunların da qəbul edilməsinə zərurət var. Hesab edirəm ki, 2018-ci ildə parlament "Ali təhsil haqqında", "Orta təhsil haqqında", "Təhsil krediti haqqında" qanunlar da qəbul edilməlidir". Bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, xüsusən "Təhsil kredit haqqında" qanunun qəbul edilməsi sürətləndirilməlidir: "Bu sosial sifariş xarakterli bir qanundur və cəmiyyət xeyli vaxtdır bu qanunun qəbulunu səbrsizliklə gözləyir. Çünki hər il minlərlə insan təhsil haqqını ödəyə bilmədiyindən təhsildən kənarda qalır və bu ciddi bir problemə çevrilib. Bu da öz növbəsində, ailələrin faciəsinə səbəb olur. Odur ki, adıçəkilən qanun nə qədər tez qəbul olunarsa, insanlar təhsil kreditindən yararlanmaqla problemlərini həll edə bilər".