Məhkumlar “Gəncləri Günü”nü qeyd ediblər

Cəza çəkən məhkumların asudə vaxtlarının səmərəli təşkili və tərbiyə işinin səmərəliliyinin artırılması məqsədilə Tərbiyə müəssisəsində “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib.

Cəza çəkən məhkumların asudə vaxtlarının səmərəli təşkili və tərbiyə işinin səmərəliliyinin artırılması məqsədilə Tərbiyə müəssisəsində "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibəti ilə tədbir keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Bakı Uşaq Teatrı"nın yaradıcı heyətinin hazırladıqları əyləncəli səhnələr və musiqi nömrələrinin nümayişi tərbiyə olunanlar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin məsul əməkdaşları tədbirdə iştirak ediblər. Tədbirin sonunda qonaqlar tərəfindən gətirilmiş idman geyim və ləvazimatları, televizor və pleyerlər yeniyetmələrə hədiyyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31