Bakıda Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

3-4 fevral 2018-ci tarixlərində Monolit Plazada IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, konfransda yerli və xarici mütəxəssislər iştirak edəcəklər. Konfransda arı məhsullarının əldə edilməsi, saxlanması, ekspertizası və istifadəsi haqda məlumat veriləcək.

3-4 fevral 2018-ci tarixlərində Monolit Plazada IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, konfransda yerli və xarici mütəxəssislər iştirak edəcəklər. Konfransda arı məhsullarının əldə edilməsi, saxlanması, ekspertizası və istifadəsi haqda məlumat veriləcək. Eləcə də dünya arıçı alimlərini düşündürən aktual mübahisəli məsələlərin müzakirəsi aparılacaq. Bal arılarının virus xəstəlikləri və bunların varroa ilə əlaqəsi, balverən bitkilər və bal verən meşələrin salınma layihələri, bal arılarının virus xəstəlikləri və bunların varroa ilə əlaqəsi, balverən bitkilər və bal verən meşələrin salınma layihələri ətrafında müzakirələr davam etdiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31