Nazir Ərdoğanın salamlarını Səməd Seyidova çatdırıb

Mlli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mlli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, görüşdə deputat Səməd Seyidov "iki dövlət, bir millət" olan xalqlarımız və ölkələrimiz arasında dostluq-qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Bütün beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da Azərbaycan və Türkiyə təmsilçilərinin sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini, bir-birini dəstəklədiyini, haqqa və ədalətə tərəfdar çıxdığını bildirib. Qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri region ölkələri üçün örnəkdir.Milli Məclis deputatlarının AŞPA-dakı fəaliyyətinə toxunan Səməd Seyidov nəzərə çatdırıb ki, hər zaman Türkiyənin maraqları tərəfimizdən ən yüksək səviyyədə qorunacaq.
Görüşdə Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu Prezident R.T.Ərdoğanın, Türkiyə Baş nazirinin və Böyük Millət Məclisi Sədrinin salamlarını Azərbaycanın deputatlarına çatdırıb. AŞPA-da Türkiyənin haqlı mövqeyini dəstəklədiklərinə görə qurumdakı nümayəndə heyətimizə təşəkkürlərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31