BP-nin regional prezidenti Energetika Nazirliyində olub

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz arasında görüş keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə BP şirkəti ilə əməkdaşlığın hazırki vəziyyəti və “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə edilib.

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz arasında görüş keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə BP şirkəti ilə əməkdaşlığın hazırki vəziyyəti və "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə edilib. Bildirilib ki, "Cənub Qaz Dəhlizi"nin BP-nin operatorluğu ilə həyata keçirilən hissələri - "Şahdəniz Mərhələ 2" və "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi" layihələri tamamilə başa çatmaqdadır. Hər iki layihə, eləcə də Trans-Anadolu (TANAP) boru kəməri layihəsi üzrə işlərin gedişatı ilk qazın cari ilin ortalarına planlaşdırılan nəqlinə imkan yaradacaq. Qəri Counz fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısına hazırlıq və müzakirəyə çıxarılacaq məsələlərlə də maraqlanıb. Hazırlıq işləri barədə məlumat verən energetika naziri Pərviz Şahbazov bildirib ki, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olur. Layihənin qrafikə uyğun həyata keçirilməsində Məşvərət Şurasının iclaslarının mühüm rolu olub. Budəfəki toplantı da ötən dövr ərzində görülmüş işləri birgə nəzərdən keçirməklə yanaşı, növbəti hədəfləri birgə müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31