Deputat: “Problemli kreditlərin həddi 2 milyardı keçib”

Azərbaycanda problemli kreditlər artıq təhlükəli həddə çatıb.Bunu deyən deputat Əli Məsimlinin sözlərinə görə, artıq problemli kreditlərin həddi 2 milyardı keçib: “Problemli kreditlərin həcmi 2 miyard manata, ümumi kredit portfelinin 15 faizinə çatır. Əslində vəziyyət bundan da ağırdı.

Azərbaycanda problemli kreditlər artıq təhlükəli həddə çatıb.Bunu deyən deputat Əli Məsimlinin sözlərinə görə, artıq problemli kreditlərin həddi 2 milyardı keçib: "Problemli kreditlərin həcmi 2 miyard manata, ümumi kredit portfelinin 15 faizinə çatır. Əslində vəziyyət bundan da ağırdı. Bankların normal işləyə bilməsinin ən mühüm şərtlərindən biri dollarla olan kreditlər məsələsinin həllidir. Çünki dollarla olan kreditlərlə bağlı yaranmış kritik vəziyyəti aradan qaldırmadan,maliyyə-bank sisteminin sağlamlaşdırılmasında etibarlı nəticələr əldə edilməsi çətin olacaq.Bu da islahatlara mənfi təsir göstərəcək.Bu problemin həllinin gecikdirilməsi çoxsaylı insanları borc tələsində və çıxılmaz vəziyyətdə saxlayır.Ona görə də maliyyə sağlamlaşdırılmasını sürətləndirməkdən və banka borcu olan əhalinin düşdüyü ağır durumdan qurtarmaqdan ötrü, "Xarici valyutada olan kreditlərin restrukturizasiyası haqqında" qanunun və ya bu problemin həllinə yönəlik digər bir hüquqi-normativ sənədin qəbul edilməsini vacib hesab edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31