Türk istehsalı raket sınaqlarda uğurla keçib
Türkiyədə Aksaray poliqonunda HİSAR-A orta və alçaq uçuş Hava Hücumundan Müdafiə Zenit raketinin uğurlu sınaqları keçirilib. ROKETSAN və ASELSAN hərbi sanayi şirkətlərinin birgə layihəsi olan HİSAR-A bütün sınaqlardan uğurla keçib və yaxın zamanda Türkiyə Silahlı Qüvvələrinin invenarına daxil ediləcək.
2 Fevral 2018 11:38 DünyaTürkiyədə Aksaray poliqonunda HİSAR-A orta və alçaq uçuş Hava Hücumundan Müdafiə Zenit raketinin uğurlu sınaqları keçirilib. ROKETSAN və ASELSAN hərbi sanayi şirkətlərinin birgə layihəsi olan HİSAR-A bütün sınaqlardan uğurla keçib və yaxın zamanda Türkiyə Silahlı Qüvvələrinin invenarına daxil ediləcək. Sınaqları Türkiyə
Müdafiyyə Naziri Nurəddin Canikli müşahidə edib. Yeni Hava Hücumundan Müdafiə sistemi orta və alçaq mənzildə uçan bütün obyektləri təyyarə, helikopter, raket məhv etmək qabiliyyətinə malikdir və xaricdə istehsal olunan bu tip Hava Hücumundan Müdafiə sistemləri ilə eyni səviyyədədir.
Qeyd edək ki, sistemin bütün hissələri yerli Türkiyə istehsalıdır.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.