Deputat Dünya Çempionatına qatılan Xocalı idmançıları ilə görüşüb- ÖZƏL

Milli Məclisin deputatı Tural Gncəli Dünya Çempionatına qatılan Xocalı idmançıları ilə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə deputat özü məlumat verib: "Bugün İtaliyada keçiriləcək WAKO Dünya Çempionatında iştirak edəcək Xocalı İdman Klubunun idmançıları, məşqçiləri, klubun direktoru və baş məşqçisi ilə görüş keçirdik.
Görüş zamanı idmançılarımızın Dünya Çempionatına hazırlıq prosesi, qarşıdakı yarışda iştirakı və qarşıya qoyulan hədəflər barədə ətraflı fikir mübadiləsi apardıq. İdmançılarımızın beynəlxalq arenada ölkəmizi və doğma Xocalını layiqincə təmsil etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladıq. İnanırıq ki, idmançılarımız qarşıdakı çempionatda Azərbaycan bayrağını ən yüksək zirvələrdə dalğalandıracaq, azad Xocalının adını qürurla dünyaya tanıdacaqlar. Onlara Dünya Çempionatında uğurlar arzuladıq və parlaq nəticələr əldə edəcəklərinə inamımızı ifadə etdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31