Millət vəkili gənclərlə görüşüb
2 fevral - Gənclər günündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin gənc üzvləri ilə görüşüb. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olan Kəlbəcər rayonunundan və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin fəaliyyətindən bəhs edən video-rolikə baxıblar. Ölkənin ictimai-siyasi həyatında gənclərin rolundan danışan C. Qurbanov bildirib ki, bu gün Azərbaycanda həyat keçirilən gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir.
2 Fevral 2018 11:43 Sosial2 fevral - Gənclər günündə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin gənc üzvləri ilə görüşüb. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olan Kəlbəcər rayonunundan və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin fəaliyyətindən bəhs edən video-rolikə baxıblar. Ölkənin ictimai-siyasi həyatında gənclərin rolundan danışan C. Qurbanov bildirib ki, bu gün Azərbaycanda həyat keçirilən gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Gənclər Azərbaycanın ictimai - siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaxtaşırı müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərlə görüşür, gənclərə etimad göstərib onları mühüm dövlət postlarına təyin edir.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Birliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu təşkilatın əsas məqsədi milli mədəniyyətimizi, adət-ənənələrimizi, aşıq sənəti, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırılmasına yardımçı olmaq, eləcə də Aşıq Şəmşir yaradıcılığının öyrənilməsi, onun irsinin qorunması istiqamətində layihələr həyata keçirməkdən ibarətdir.
Görüşdə iştirak edən gənclər ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alternativsiz siyasi kursuna daim sadiq olacaqlarını bildiriblər.