Tanınmış alman siyasətçi İslam dinini qəbul edib

Almaniya üçün Alternativ ultra -sağçı partiyanın fəal üzvlərindən biri olan tanınmış siyasətçi Artur Vaqner İslam dinini qəbul edib. Siyasətçi deyib ki, "Mənim şəxsi görüşlərim müasir xristian siyasətçilərin həmcins evliliklərə münasibəti ilə ziddir. Rahiblərin həmcins paradlarında iştirak etməsi məni şəxsən dərindən sarsıdıb.

Almaniya üçün Alternativ ultra -sağçı partiyanın fəal üzvlərindən biri olan tanınmış siyasətçi Artur Vaqner İslam dinini qəbul edib. Siyasətçi deyib ki, "Mənim şəxsi görüşlərim müasir xristian siyasətçilərin həmcins evliliklərə münasibəti ilə ziddir. Rahiblərin həmcins paradlarında iştirak etməsi məni şəxsən dərindən sarsıdıb. Bu
qəbul ediləcək bir məsələ deyil! Orada balaca uşaqlar da var idi." Ultra Sağçı siyasətçi hələ oktyabr ayında İslam dinini qəbul edib, ancaq bu gün bu olayı bəyan edib. Artur Vaqner əvvəllər Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqının fəal üzvü
olub sonradan o daha qəti və milliyətçi olan Almaniya üçün Alternativ partiyasına keçib.
Qeyd edək ki, 2013cü ildə Niderlandın ən qatı anti- islamçı Azadlıq Partiyasının fəal üzvü olan Arnud van Doorn İslam dinini qəbul edib və Məkkəyə Həccə gedib.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31