Erməni tərəfinin anti-Azərbaycan fəaliyyəti son bir ildə iki dəfə artıb- ÖZƏL
14:13 Siyasət"2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" imzalandıqdan sonra Rəsmi İravanın bəyanat, çıxış və rəsmi sənədlərində anti-Azərbaycan xaraktrli müddəalar olmasa da (burda da istisnalar mövcuddu) Ermənistanın bütün qalan strukturları, o cümlədən siyasi partiyalar (hakim partiya istisna olmaqla), qeyri-hökumət təşkilatları, media orqanları, Ermənistandan kənarda erməni lobbi təşkilatları, lobbinin təsiri altıda olan çoxsaylı qurumlar, o cümlədən beynəlxalq QHT-lərin anti-Azərbaycan fəaliyyəti ən azı iki dəfə artıb". "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Hazırda Ermənista hökumətinin yardım ayırdığı QHT-lər, hüquq şirkətlər Avropa İnsan Hüquqları Məhkəməsinə kütləvi şəkildə şikayətlər hazırlayıb göndərir. QHT-lər BMT-nin müqavilə orqanlarına Azərbaycanla bağlı saxta və böhtan dolu alternativ hesabatlar təqdim edir. Ölkədə və xarici ölkələrdə olan QHT-lər BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi prosedurlarına (xüsusi məruzəçilərə və işçi qruplara) hesabatlar, məlumatlar təqdim edir".