İngilislərdən XƏBƏRDARLIQ: Mobil telefon və tablet sizi öldürə bilər
İngiltərədəki Kayropraktika Dərnəyinin araşdırması, uzun müddət mobil telefonu və tablet kompüter istifadə edənlərin onurğa əyriliyindən əziyyət çəkdiyini, bu duruş formasının tənəffüs və qan axımına mənfi təsir etdiyini, növbəti yaşlarda tənəffüs və ya ürək xəstəliklərindən ölüm riskini artırdığını göstərib.
1 Fevral 2018 19:50 Sosialİngiltərədəki Kayropraktika Dərnəyinin araşdırması, uzun müddət mobil telefonu və tablet kompüter istifadə edənlərin onurğa əyriliyindən əziyyət çəkdiyini, bu duruş formasının tənəffüs və qan axımına mənfi təsir etdiyini, növbəti yaşlarda tənəffüs və ya ürək xəstəliklərindən ölüm riskini artırdığını göstərib.
Araşdırmada, donqar duruşun piylənmə qədər pis olduğunu və ölüm riskinin bədəninin kütlə indeksinin 30 faizindən çox olan insanla eyni olduğu deyilib.
Mütəxəssislər, vərdişlərin dəyişdirilməsi, bu cihazların istifadə müddətinin azaldılması və ya cihazların gözdən uzaq məsafədə istifadə edilməsiylə riskin azaldıla biləcəyinə diqqəti çəkib.