Açıqlandı: Salat yaddaşı gəncləşdirir
İnsanlarda yaddaş problemləri, yaddaşla bağlı məsələlər daima gündəmdə olub. İnsan sağlamlğında bu faktorun önəmli yer tutduğunu nəzərə alsaq, o zaman bu məsələnin aktuallığını daha dərindən dərk etmiş olarıq. "Cumhuriyet.com.tr" saytında yer alan xəbərə görə, ABŞ-ın Rush Universitetinin alimləri bu barədə araşdırma aparıblar.
1 Fevral 2018 19:00 Sosialİnsanlarda yaddaş problemləri, yaddaşla bağlı məsələlər daima gündəmdə olub. İnsan sağlamlğında bu faktorun önəmli yer tutduğunu nəzərə alsaq, o zaman bu məsələnin aktuallığını daha dərindən dərk etmiş olarıq. "Cumhuriyet.com.tr" saytında yer alan xəbərə görə, ABŞ-ın Rush Universitetinin alimləri bu barədə araşdırma aparıblar.
Belə ki, yaşı 81 olan 960 nəfərin sağlamlıq durumları tədqiq edilib. "K" vitamini ilə zəngin olan kahı, ispanaq və s. kimi göyərtilərlə hazırlanmış salatlardan istifadə edən 960 nəfər hər il yaddaş və intellekt testlərindən keçirilib. Testlərin nəticəsində məlum olub ki, salat yaddaşa müsbət təsir edən ən vacib qidadır. Sia.az