Azərbaycan idmançıları Qış Olimpiya Oyunlarında iştirak edəcək

7-25 fevral tarixlərində Pxençanq 2018 Qış Olimpiya Oyunlarında keçiriləcək. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.

7-25 fevral tarixlərində Pxençanq 2018 Qış Olimpiya Oyunlarında keçiriləcək. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.

Ölkəmiz 1998-ci ildən bəri Qış Olimpiadasında iştirak edir. Bu dəfəki Oyunlarda Azərbaycanı slalom və böyük slalom yarışlarına qatılacaq Patrik Braxner təmsil edəcək. Atlet Pxençanq 2018 Qış Olimpiya Oyunlarına lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb. Qeyd edək ki, Patrik Braxner daha öncə Soçi 2014 Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31