Dünya telekommunikasiya bazarında olan yeniliklər ölkəmizdə tətbiq edilir
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC korporativ müştərilərə müasir telekommunikasiya xidmətləri təklif edir. Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən “OLAYLAR”-a verilən məlumata əsasən, “AzerTelecom” MMC-nin xidmət portfoliosunda mövcud olan telekommunikasiya xidmətləri korporativ müştərilərə imkan verir ki, onlar rahat və etibarlı şəkildə müasir İKT xidmətlərindən yararlana bilsinlər.
1 Fevral 2018 16:52 SosialAzərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" MMC korporativ müştərilərə müasir telekommunikasiya xidmətləri təklif edir. Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən "OLAYLAR"-a verilən məlumata əsasən, "AzerTelecom" MMC-nin xidmət portfoliosunda mövcud olan telekommunikasiya xidmətləri korporativ müştərilərə imkan verir ki, onlar rahat və etibarlı şəkildə müasir İKT xidmətlərindən yararlana bilsinlər.
Hazırda müştərilər "AzerTelecom" MMC tərəfindən təqdim olunan internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit xidməti, SİP telefoniya, FTTx (hər hansı bir x nöqtəyə qədər fiber optik xətt), Datamərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlərdən faydalana bilərlər. Şirkətin təqdim etdiyi geniş çeşid telekommunikasiya xidmətləri müştərilərin ehtiyaclarını tam və vaxtında ödəməklə yanaşı həm də onların fərqli istək və ehtiyaclarına uyğun olan xidmət paketi yaratmağa da şərait yaradır.
Eyni zamanda "AzerTelecom" MMC müştərilərin müasir standartlara cavab verə biləcək İKT xidmətləri ilə təmini üçün bir sıra innovativlayihələr də reallaşdırır. Bu layihələr həm də dünya telekommunikasiya bazarında olan yeniliklərin və müasir yanaşmaların ölkəmizdə tətbiqinə imkan verir.