Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritetinə çevrilib
Dinamik inkişafını uğurla davam etdirən Azərbaycan regionda liderlik mövqeyini və beynəlxalq imicini gündən-günə möhkəmləndirir. Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan nəinki MDB məkanında, bütövlükdə dünya miqyasında çox yüksək yer tutur. Etiraf edilməlidir ki, belə bir naliyyətin əldə edilməsində ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları əhəmiyyətli rol oynayır. Qürurverici haldır ki, Azərbaycan dövləti bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür, ölkə regionlarının sosial-iqtisadi inkişafı proqramı uğurla həyata keçirilir.
1 Fevral 2018 16:40 SosialDinamik inkişafını uğurla davam etdirən Azərbaycan regionda liderlik mövqeyini və beynəlxalq imicini gündən-günə möhkəmləndirir. Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan nəinki MDB məkanında, bütövlükdə dünya miqyasında çox yüksək yer tutur. Etiraf edilməlidir ki, belə bir naliyyətin əldə edilməsində ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları əhəmiyyətli rol oynayır. Qürurverici haldır ki, Azərbaycan dövləti bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür, ölkə regionlarının sosial-iqtisadi inkişafı proqramı uğurla həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edən Prezident İlham Əliyev iqtisadi tərəqqini şərtləndirən amilləri diqqətə çatdırır. Bu gün respublikamızın bölgələri inkişaf, tərəqqi baxımından paytaxtdan geri qalmır. Bütün bölgələrdə təhsil ocaqları, tibb müəssisələri, istirahət və əyləncə mərkəzləri, xidmət obyektləri və digər sosialobyektlər tikilib istifadəyə verilib, müasir standartlara uyğun yenidən qurulub. Bölgələrə səfərləri zamanı Prezident İlham Əliyevin əhali tərəfindən böyük sevinclə qarşılanması verdiyi hər bir vədinin konkret əməli işdə təsdiqini tapması, ən başlıcası isə xalq-iqtidar birliyininmöhkəmliyi ilə bağlıdır. "İqtisadi islahatların əsasında xalqın sosial müdafiəsinin gücləndirilməsi dayanır"-deyən dövlət başçısı qeyd edir ki. iqtisadi uğurlar yalnız rəqəmlərdə deyil, gündəlik həyatda özəksini tapmalıdır. Regionların simasının dəyişməsi, bölgələrdən paytaxta miqrasiyanın qarşısının alınması da deyilənlərə əyani sübutdur. Yerlərdə olarkən əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanan Prezident İlham Əliyev təklif və təşəbbüslərin reallaşmasını, lazımi tədbirlərin görülməsini müvafiq qurumların qarşısında mühüm vəzifə kimi qoyur. Ölkə iqtisadiyyatının inkişafı üçün əsas amil olan enerji təhlükəsizliyinin təminatı istiqamətində də önəmli addımlar atılır. Bölgələrdə müxtəlif gücə malik elektrik stansiyalarının istifadəyə verilməsi ilə emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi üçün əlverişli imkan yaranır. Hazırda respublikanın ən ucqar yaşayış məntəqələrində belə insanların təbii qaza və enerjiyə olan ehtiyacı daxili mənbələr hesabına ödənilir. Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət bütövlükdə ölkəni əhatə etməkdədir. Xüsusilə regionlarda reallaşdırılan sosial-iqtisadi siyasət iqtisadi inkişafı təmin etməklə yanaşı, əhalinin də rifah halının yüksəlməsinə xidmət edir. Artıq qətiyyətlə demək olar ki, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar müsbət nəticələrini verməkdədir. Xüsusən, regionlarda aparılan quruculuq- abadlıq işləri ümumən ölkənin inkişafında əhəmiyyətli rol oynayıb. Ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları uğurla icra edilməkdədir. Artıq ölkədə həyata keçirilən üçüncü dövlət proqramının icrası da naliyyətlərlə müşahidə olunmaqdadır. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ili başa çatıb. Qətiyyətlə demək olar ki, ölkədə regionların sosil iqtisadi inkişafı ilə bağlı həyata keçirilən üç dövlət proqramı çərçivəsində köklü iqtisadi islahatlar icra edilib. Bu islahatlar nəinki bölgələrin, ümüumilikdə Azərbaycanın simasının yeniləçşməsində əhəmiyyətli rol oynayıb.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda president İlham Əliyev qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası məqsədilə xeyli miqdarda sərmayə yatırılıb: "On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayənin qoyuluşu əlbəttə ki, hər bir ölkə üçün ən vacib amillərdən biridir. Eyni zamanda, bu, onu göstərir ki, ölkəyə inam var, ölkənin siyasətinə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Çünki gələcəyi müəyyən olunmayan, yaxud da ki, qaranlıq olan ölkələrə heç kim, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz. Ona görə 231 milyard dollara bərabər sərmayə qoyuluşu bizim uğurlu siyasətimizin nəticəsidir. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur. Bu proses davam edir. Keçən il 14,6 milyard dollar sərmayə qoyulub, bu il ən azı ona bərabər həcmdə sərmayə yatırılacaq". Dövlət başçısı həmçinin vurğulayıb ki, ölkədə sahibkarlığın inkişafı da diqqətdən kənarda qalnayəb: "Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Nəzərə almalıyıq ki, 14 ilin əsas hissəsində manatın məzənnəsi dollara nisbətən daha da yüksək idi. Ona görə bu iki milyard manat ən azı iki milyard dollar deməkdir. Güzəştli şərtlərlə verilən bu kreditlər sahibkarlar tərəfindən yüksək qiymətləndirildi, onlar bu kreditlərdən istifadə edərək yeni müəssisələr, iş yerləri yaratdılar və o vəsaiti qaytararaq yenə də imkan verirlər ki, biz bu vəsaiti digər sahibkarlara güzəştli şərtlərlə verək, necə ki, bu il də bu, nəzərdə tutulur".
Sirr deyil ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər ölkənin simasını tamamilə dəyişdirib. Respublikada müşahidə edilən iqtisadi inkişaf Salyan rayonunda daha çox özünü büruzə verir. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Həəmov bildirib ki, ölkəmizin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial iqtisadi inkişafı Dövlət proqramlarının icrası yerli icra hakimiyyətlərinin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Yerlərdəki bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edən Dövlət proqramları ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Salyan rayonunda da müasir texnologiyalar əsasında yeni istehsal sahələrinin yaranmasına nail olunub, rayona qoyulan investisiyaların həcmi xeyli artıb. Bütün bunlar ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində mümkün olub:
"Dövlət başçısının bölgələrə investisiyaların cəlb edilməsi sahəsində yerli icra hakimiyyətləri qarşısında qoyduğunuz vəzifələrin icrasını təmin etmək məqsədilə Salyan rayonunda özəl investisiya hesabına ümumi dəyəri 127 milyon manat olan təkcə 3 layihənin icrasına sahibkarlar tərəfindən 50,5 milyon manat vəsait xərclənib. Rayonun Kürsəngi kəndi ərazisində 50 hektar torpaq sahəsində "GP ALPHA GREEN HAUSE" MMC tərəfindən ümumi dəyəri 96,9 milyon manat olan istixana kompleksinin tikintisinə başlanılıb. Artıq 5 hektar sahədə istixana kompleksinin tikintisi başa çatıb və ilk məhsul istehsal olunub. Ümumilikdə 27,5 milyon manat vəsait xərclənmiş istixana kompleksində 160 nəfər işlə təmin edilib. "Şəfa Broyler" MMC-yə yeni quşçuluq təsərrüfatının yaradılması ilə əlaqədar təkliflər verilib, birgə işin nəticəsi olaraq rayonun Həsənli kəndi ərazisində illik layihə gücü 12 milyon yumurta olan damazlıq quşçuluq təsərrüfatı yaradılıb. Görülmüş tədbirlər nəticəsində layihə dəyəri 25 milyon manat olan 18 quşçuluq ferması tikilib və 50 nəfər işlə təmin edilib. Salyan Qida Məhsulları Kommersiya Şirkəti tərəfindən müasir tələblərə cavab verən yeni pivə və limonad istehsalı zavodu tikilib. İllik istehsal gücü 14,6 min ton olan zavodun tikintisinə 8 milyon manat investisiya qoyulub və 70 nəfər rayon sakini işlə təmin edilib". Onun bildirdiyinə görə, ümumiyyətlə 2017-ci ildə rayonda özəl investisiya hesabına sənaye, kənd təsərrüfatı, iaşə, emal və istehsal sahələri üzrə 51 layihənin icrasına 170 milyon manat investisiya yatırılıb. 2003-cü ildən bəri Salyan rayonunda 19 minə yaxın yeni daimi iş yeri açılıb. Həmin dövrlə müqayisədə sahibkarlıq subyektlərinin sayı 10,8 dəfə artaraq 10 min 752-yə çatıb. 2017-ci ildə rayonda aqrar sahənin inkişafına da xüsusi diqqət yetirilib, 32,3 min hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkiləri, o cümlədən 19 min hektarda taxıl, 7 min hektarda pambıq əkilib. Ümumilikdə bu işlərə 23 min 527 nəfər cəlb olunub ki, bu da 2016-cı illə müqayisədə 1,5 dəfə çoxdur. Əkin dövriyyəsinə yeni torpaq sahələrinin cəlb edilməsi ilə bağlı tapşırığın icrası nəticəsində rayonda 5 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı işlər başa çatdırılıb. Sahəsi 3 min hektar olan və tikintisi davam edən aqroparkda 500 nəfərin işlə təmin olunması nəzərdə tutulur: "Dövlət başçısının Salyan rayonunun inkişafı ilə bağlı imzaladığı 16 Sərəncam sosial-iqtisadi sahələrdə yüksək uğurların əldə olunması ilə nəticələnib. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində rayonumuzun siması son illər dəyişərək yeni, müasir görkəm alıb. Rayonda genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, irihəcmli infrastruktur layihələri həyata keçirilib, əhalinin içməli su, qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşıb, yeni yollar salınıb. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan vətəndaşının bu gününə, sabahkı rifahına, xoş gələcəyinə yönəldilmiş islahatların və dövlət proqramlarının uğurlu nəticələrini hər bir salyanlı öz gündəlik həyatında hiss edir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir