Şamaxı və İsmayıllının turist marşrutu xəritəsi hazırlanıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Şamaxı və İsmayıllı rayonlarını əhatə edən, rus və ingilis dillərində regional turist marşrutları xəritəsi hazırlanıb. “OLAYLAR” xəbər verir ki, Şamaxı və İsmayıllı rayonlarına səyahət edən turistlər bu xəritə vasitəsi ilə regionun abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
1 Fevral 2018 15:36 SosialMədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Şamaxı və İsmayıllı rayonlarını əhatə edən, rus və ingilis dillərində regional turist marşrutları xəritəsi hazırlanıb. "OLAYLAR" xəbər verir ki, Şamaxı və İsmayıllı rayonlarına səyahət edən turistlər bu xəritə vasitəsi ilə regionun abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
Bu xəritənin köməkliyi ilə regiona səfər edən turistlər Lahıc və Basqal qəsəbələri, Qız Qalası abidəsi, İvanovka kəndi, Yeddi Günbəz, Diri Baba türbəsi, N.Tusi adına Şamaxı Astrofizika rəsədxanası, Safari Park və Dəmirçi kəndi barədə ətraflı məlumatlar almaq mümkündür.
Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, eləcə də region ərazisində fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkəmizin digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.