İlin ilk ayında 4 852 müraciət daxil olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin yanvar ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. İdarədən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə, mərkəzlərə 4 852 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
1 Fevral 2018 13:44 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin yanvar ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. İdarədən "OLAYLAR"-a bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə, mərkəzlərə 4 852 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 707 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1 252 vətəndaş müraciəti daxil olub. 133 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1 538 sənəd (vətəndaşlar tərəfindən 305 ərizə, Təhsil Nazirliyindən 181, digər qurumlardan 343, məktəblərdən 439 məktub, 60 strukturdaxili yazışma və 210 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin, 222 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi və birinci sinfə qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.