Millət vəkili vəkillərin sayının artırılmasını təklif edib

“Azərbaycanda hər 100 min nəfərə 8 vəkil düşür. Avropanın inkişaf etmiş ölkələrində isə hər 100 min nəfərə düşən vəkil sayı bundan 40-45 dəfə çoxdur”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

"Azərbaycanda hər 100 min nəfərə 8 vəkil düşür. Avropanın inkişaf etmiş ölkələrində isə hər 100 min nəfərə düşən vəkil sayı bundan 40-45 dəfə çoxdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. O, təklif edib ki, yaz sessiyasında vəkillik haqqında yeni qanun qəbul edilməlidir. Vəkilliyə qəbulda keçid balı 60-dan 50-yə endirilsin: "Elə etməliyik ki, hər bir rayonda ən az 3-4 vəkil olsun, hakimlərin sayı artsın. Bununla bağlı radikal qərarlar qəbul etmək lazımdır".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov millət vəkilinin təklifinə cavabında deyib ki, biz keçid balını 60-dan 50-ə endirsək, sabah da deyəcəklər ki, bunu 40-a endirin: "Biz vətəndaşlara keyfiyyətli hüquqi xidmət göstərməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31