Qarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı muzeydə
Qarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı Milli Azərbaycan Tarixi Muzeyinə verilib. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin qanlı səhifəsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş materialların toplanılması və qorunması işi uğurla davam etdirilir.
1 Fevral 2018 12:20 İncəsənətQarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı Milli Azərbaycan Tarixi Muzeyinə verilib. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin qanlı səhifəsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş materialların toplanılması və qorunması işi uğurla davam etdirilir. Belə ki, muzeyə Qarabağ döyüşlərində istifadə olunmuş zirehli texnikanın vizual müşahidə cihazı hədiyyə edilib. Cihazı Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Elnur Şərifov muzeyə təqdim edib.
Eksponat Azərbaycan hərb tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyətə malikdir.