Gündəm
Bakıda məşhur gecə klubunda qızı döydülər
Bakıda gecə klubunda insident yaşanıb. Hadisə martın 5-i saat 04:30 radələrində baş verib. "Tarqovı”da yerləşən "Troya” gecə klubunda əylənən 1995-ci il təvəllüdlü V. C-nı Osman adlı oğlan döyərək xəsarər yetirib.
Politoloq: “Separatçılara müstəqillik, ermənilərə isə rifah söz verilir”
“Armen Sarkisyan prezident kürsüsünə əyləşdirildi və Serj Sarkisyana bu lazım idi. O, bununla Qərbyönümlü bir şəxsin dövlət başçısı olacağına dair həm Rusiyaya, həm Avropaya və ABŞ-a mesaj verdi”. Bunu politoloq Arzu Nağıyev deyib.
Xətaidə yanğın - Bir nəfər tüstüdən zəhərlənib
Paytaxtda baş verən yanğın hadisəsində bir nəfər tüstüdən zəhərlənib. Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 ədəd elektrik sayğacı yanıb.
Ekspert: “Müxalifət öz maraqlarını güdür”
“Prezident seçkilərinin 11 aprel tarixinə təyin edilməsi müxalifətin, xüsusən də bəzi beynəlxalq dairələrin planlarını alt üst etdi”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Əməkdar artist işdən çıxarıldı
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov işdən azad olunub. Buna səbəb İlham Hüseynovun iş davamiyyətini ardıcıl pozmasıdır.
Alov qonşu evi də külə döndərib
Sumqayıt şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 55 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 50 m2 olan birmərtəbəli 3 otaqlı evin lambirdən ibarət divar üzlüyü 5 m2 sahədə yanıb.
Elmi konfrans keçiriləcək
Martın 6 –da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrası “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda Milli teatr gününə həsr olunmuş tələbə elmi konfransı keçirəcək. Olaylar.az bildirir ki, konfransın açılışı ADMİU-nun əsas binasında “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”nin konfrans zalında olacaq. Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə və Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə açacaq.
Bu da əməkdar artistin milyonluq villası
Əməkdar artist Abbas Bağırov "Evdəkilərə salam" verilişinin çəkiliş heyətini Gəncədəki ata evində qonaq edib. Evində çəkilişləri sevməyən müğənni ilk dəfə lüks villasının qapısını çəkiliş üçün açıb
5 qarın növü - və hər növün öz arıqlatma yolu- VİDEO
Yay gəlir kompleksli insanlar təşvişə düşürlər. Kilolu insanlarda əsas onları narahat edən qarın piyləridir. Orqanizm fərqli olduğu üçün insanlar da fərqli dietlərlə arıqlayırlar. Həmçinin qarın quruluşları da fərqli piyləndiyi üçün onların da özünə məxsus pəhriz qaydaları var.
Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub
Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən xaricdə münaqişə zonalarında döyüşən 5 nəfər saxlanılıb, 2 nəfər əcnəbi isə beynəlxalq öhdəliklərə əsasən, tərəfdaş dövlətə təhvil verilib. Məlumata görə, bu,Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatında əksini tapıb.
Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər saxlanılıb
Ötən il Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər tutulub. Məlumata görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Kərim Natavanı hədələdi: "Qaynatdığı zibilləri danışaram"
Müğənni Kərim Abbasov övladına söz atan xanım həmkarına hədə-qorxu gəlib. Məlumata görə, sənətçi ad çəkmədən müğənni Natavan Həbibiyə xəbərdarlıq edib. O, “ATV maqazin onlarla” verilişində bildirib ki, qarşı tərəf onun övladına söz atıb: “Mənim övladıma heç kim söz atmasın.
Dollara tələbat artıb
“Fevral ayında dollara tələbin yüksəlməsi qeydə alınıb. Bu ilin ilk ayında hərraclarda 299.1 milyon dollar satan Dövlət Neft Fondu ötən ay 364,1 milyon dollar xərcləyib. Bu isə o deməkdir ki, fevralda dollara tələb əvvəlki ay ilə müqayisədə 21 faiz yüksəlib. 2017-ci ilin yanvar ayında fond valyuta hərraclarında 285 milyon dollar, fevralda isə 258,4 milyon dollar satıb.
Azərbaycan İnvestisiya Şirkəti 1,2 mlrd. dollar investisiya cəlb edib
Martın 5-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) fəaliyyətinə dair Mətbuat Konfransı keçirilib.
Mövsümdə ikinci dəfə
Premyer Liqanın XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib. “Sumqayıt” - “Qarabağ” oyununda komandalar hərəyə 1 qol vurubsa, “Neftçi” “Qəbələ”ni, “Keşlə” - “Zirə”ni, “Kəpəz” “Səbail”i eyni – 2:1 hesabı ilə məğlub edib. Bütün komandaların qol sevinci yaşamasına mövsümdə 2-ci dəfə təsadüf olunur.














