Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub
Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən xaricdə münaqişə zonalarında döyüşən 5 nəfər saxlanılıb, 2 nəfər əcnəbi isə beynəlxalq öhdəliklərə əsasən, tərəfdaş dövlətə təhvil verilib. Məlumata görə, bu,Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatında əksini tapıb.
5 Mart 2018 14:59 KriminalÖtən il Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən xaricdə münaqişə zonalarında döyüşən 5 nəfər saxlanılıb, 2 nəfər əcnəbi isə beynəlxalq öhdəliklərə əsasən, tərəfdaş dövlətə təhvil verilib. Məlumata görə, bu,Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatında əksini tapıb.
Qeyd olunub ki, xaricdə münaqişə zonalarında döyüşmüş 30 nəfər müəyyənləşdirilib, onların ətrafında tədbirlər həyata keçirilir. Xidmət tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 qaçaqmalçı qrup zərərsizləşdirilib. Apa.az