Mövsümdə ikinci dəfə
Premyer Liqanın XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib. “Sumqayıt” - “Qarabağ” oyununda komandalar hərəyə 1 qol vurubsa, “Neftçi” “Qəbələ”ni, “Keşlə” - “Zirə”ni, “Kəpəz” “Səbail”i eyni – 2:1 hesabı ilə məğlub edib. Bütün komandaların qol sevinci yaşamasına mövsümdə 2-ci dəfə təsadüf olunur.
5 Mart 2018 14:40 İdmanPremyer Liqanın XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib. "Sumqayıt" - "Qarabağ" oyununda komandalar hərəyə 1 qol vurubsa, "Neftçi" "Qəbələ"ni, "Keşlə" - "Zirə"ni, "Kəpəz" "Səbail"i eyni - 2:1 hesabı ilə məğlub edib. Bütün komandaların qol sevinci yaşamasına mövsümdə 2-ci dəfə təsadüf olunur.
Belə hal I turda yaşanmışdı. Maraqlıdır ki, onda da üç qarşılaşmada 2:1 hesabı qeydə alınıb. "Qəbələ"nin "İnter"i, "Zirə"nin "Səbail"i, "Sumqayıt"ın "Kəpəz"i eyni hesabla udduğu turun digər qarşılaşmasında "Qarabağ" "Neftçi"ni yenib - 3:1. Həmin turda 13, hesabat turunda isə 11 qol qeydə alınıb. Trend PFL-ə istinadən xəbər verir.