BƏƏ İranla münasibətləri bərpa etmək niyyətindədir- ÖZƏL 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşın sözlərinə görə, Yaxın Şərq münaqişəsi bitdikdən sonra gec-tez İranla münasibətləri bərpa etmək məcburiyyətində qalacaq. Olaylar.az xəbər verir ki, o, Əbu-Dabidə Yaxın Şərqdə geosiyasət, iqtisadiyyat və təhlükəsizliyə həsr olunmuş beynəlxalq forum olan Hili Forumunda çıxışı zamanı bildirib ki, "İranla münasibətlər təkcə BƏƏ üçün deyil, bütün Körfəz ölkələri üçün əsas məsələ olaraq qalır. İran bizim qonşumuz olaraq qalır və bir məqamda bərpa edilə bilənləri bərpa etmək üçün bir yol tapmalı olacağıq. Coğrafiya bizə alternativ qoymur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31