Gündəm
Bakıda Moskvanın daha bir dövlət universitetinin filialı açılacaq
Moskva Dövlət Humanitar-İqtisad Universiteti Azərbaycanda filialının açılması üçün zəruri olan sənəd və tədbirlər planının layihəsini hazırlayıb.
"Beşiktaş"a "Bavariya" matçında AĞIR İTKİ
Türkiyənin “Beşiktaş” klubu Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə apardığı “Bavariya” ilə cavab oyununa ciddi itki ilə çıxacaq. Komandanın bu mövsüm “Real”dan transfer etdiyi təcrübəli futbolçu Pepe ciddi zədə alıb. Onun Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Beşiktaş"-“Fənərbaxça” oyununda ayaq barmağı qırılıb. Bildirilir ki, Pepe 1 ay komandasına kömək edə bilməyəcək.
Türkiyə Almaniyadan PYD liderini istədi
Türkiyə Almaniyaya PYD lideri Saleh Müslümün həbsi üçün tələb göndərib. Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Ankaranın Berlindən Müslümün ekstradisiyasını istədiyini bildirilir.
Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
2018-2019-cu tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 11-ci sinifləri üçün nəzərdə tutulan və ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilib. Yaxın zamanda bütün layihələrin sayta yerləşdirilməsi nəzərdə tutulub.
Samuxda uzunluğu 30.9 km olan iki avtomobil yolu yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30.9 km olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, bu 18.2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12.7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqələrini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.
Hesabat konserti təqdim edildi
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti keçirilib. Olaylar.az bildirir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Macarıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
3 bəbirin fotosu qeydə alındl - Hirkanda
Hirkan Milli Parkının Şindan meşəbəyliyinin ərazisində fevral ayı ərzində ardıcıl olaraq 1 yetkin və 2 kiçik bəbirin fotoşəkli qeydə alınıb. Olaylar.az bildirir ki, fotoları bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirilən layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.
Erməni futbolçu ABŞ klubundan qovulur
Ermənistan millisinin və Rusiya "Spartak"ının sabiq futbolçusu Yura Movsisyan ABŞ-ın "Real Solt Leyk" klubundan göndərilə bilər. Buna klubun 30 yaşlı hücumçunu komandada görmək istəməməsi səbəb olub. Əsas heyətdən kənarda qalan təcrübəli forvardın hazırkı klubu ilə 2 illik müqaviləsi var. O, komandadan göndəriləcəyi təqdirdə, iki il ərzində ona veriləcək 4 milyon dolları almaq niyyətindədir.
Regionların sosial-iqtisadi inkişaf proqramları uğurla icra edilir
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları uğurla həyata keçirilməkdədir. Etiraf edilməlidir ki, sözgedən dövlət proqramlarının icrası nəticəsində ölkənin dayanıqlı iqtisadi inkişafı təmin edilib, Azərbaycan məhsul idxal edən ölkədən ixracatçı ölkəyə çevrilib. Hazırda ölkəmiz təkcə neft və neft məhsulları deyil, eləcə də bir sıra ərzaq, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğuldur. Bəzu məhsullar isə ölkəmizin brendi kimi dünya bazarına çıxarılır.
Dünya Rusiyanı buna məcbur edə bilməz – Burcanadze
Gürcüstanla Rusiya arasındakı problemin həlli yalnız Rusiya ilə birbaşa dialoqa başlamaqdan keçir. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze söyləyib.
Pirotexniki vasitə aşkar olunub
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Azərbaycan-Mərakeş Krallığı arasında bir sıra sənəd imzalanıb
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Mərakeş Krallığının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasir Bureytanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edən tərəflər səfər çərçivəsində Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclasının keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına əsaslıtəkan verəcəyinə inam ifadə etdilər.
Belçikada ƏMƏLİYYAT - 8 terrorçu saxlanıldı
Brüsselin Molenbek-Sen-Jan kommunasında, eləcə də Qerardsberqn və Mexelen şəhərlərində keçirilən antiterror əməliyyatları çərçivəsində 8 nəfər saxlanılıb. Məlumata görə, bu barədə Belçikanın Federal Prokurorluğu xəbər yayıb. Məlumata görə, saxlanılanların üzərinə baxış zamanı silah aşkar edilib.
Səddam Hüseynin qızı İraqı məhkəməyə verəcək - Mal-mülk davası...
Səddam Hüseynin əmlakının müsadirə olunması ilə üz-üzə qalan böyük qızı Raqad İraq hakimiyyətini məhkəməyə verəcəyini bəyan edib. Məlumata görə, o, maraqlarının müdafiəsi üçün beynəlxalq məhkəməyə müraciət edəcəyini və avropalı vəkillərin köməyindən istifadə edəcəyini vurğulayıb.
Antarktidada yadplanetlilərin gəmisi tapıldı? - VİDEO
YouTube-da və sosial şəbəkələrdə paylaşılan "Antarktidada sirli gəmi tapıldı" videosuna artıq milyonlarla insan baxıb. "Secureteam10" kanalı Google Earth vasitəsilə Antarktidanın yaxınlığındakı Cənubi Corciya adalarında siqara bənzəyən obyekt aşkarlayıb.














